Türkeş nekropolu
Türkeş nekropolu — Şahbuz rayonunun Türkeş kəndindən şərqdə, yolun kənarında arxeoloji abidə.[1]
Tarixi
Nekropol su kəməri çəkilərkən dağıdılmışdır. Qəbirlər daşqutu tiplidir. Onların yanları yastı sal daşlarla qurulmuş, üstü isə eyni tipli daşlarla qapadılmışdır. Qəbirlərin içərisində çürümüş skelet qalıqlarının olduğu müəyyən edilmişdir. Nekropoldan aşkar edilən keramika məmulatı 1–2 əsrlər üçün xarakterikdir.[1]
İstinadlar
- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.454.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.