Türkeş

Türkeş (əvvəlki adı: Tirkeş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeş kəndi Türkeş kəndi adlandırılmışdır.[2]

Türkeş
39°25′21″ şm. e. 45°28′27″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Türkeş xəritədə
Türkeş
Türkeş

Əhalisi

Əhalisi 403 nəfərdir.[3]

Toponimikası

VII-VIII əsrlərdə Qərbi türk xanlığına daxil olan bir tayfa Qurqəş (Tirqəş) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində tirkoş adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də Tirkoş adlanır. Ehtimal ki, tirkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər. Tirkəşəvənd (Kəlbəcər rayonu) və Tərkəş (Oğuz rayonu) kənd adları ilə mənşəcə eynidir.[4]

  • Şahbuz r-nunun Sələsuz i.ə.v.-də kənd. Dağətəyi ərazidə, Naxçıvan çayı ilə onun qolu olan Sələsüz çayının qovuşduğu yerdədir. Oykonimin əsli Tirkeşdir. 2003-cü ildən kəndin adı Türkeş kimi rəsmiləşdirilmişdir. R-nun ərazisindən Tirkeş adlı çay da axır. Mənbələrdə ili və İrtış çayları arasında (Sibir ərazisində) erkən orta əsrlərdə türkdilli qəd. tirkeş (türkəş) adlı tayfanın yaşaması haqqmda məlumat var. VII-VIII əsrlərdə türkəşlər tulu/dulu tayfa ittifaqına daxil idilər. 704-cü ildə Qərbi Türk xaqanlığına son qoyan türkəşlər öz dövlətlərini yaratmışdılar. VIII əsrdə uy¬ğurlar və karluldar tirkeşləri məğlub etdilər. Müasir başqırd və tatarlar arasında türkəş (türgəş) tayfası qeydə alınmışdır. Dağlıq Altayda tirkəş adlı etnoqrafik qrup var. Təd¬qiqatçılar IX-X əsr ərəb mənbələrinə əsaslanaraq belə güman edirlər ki, Qəbələ mahalında yerləşən xəzərlərin tərkibində tirkeşlər də olmuşdur. Mahmud Qaşqarlının “Divanu- lüğat-it-türk” əsərində tirkeş sözünün "iki çayın qovuşduğu yer" mənası olduğu göstərilir. Qeyd etmək lazımdır ki, Tirkeş adı ilə bağlı olan coğrafi obyektlərin demək olar ki, hamısı iki çayın qovuşduğu yerdə və ya iki çayın arasında yerləşir.[5]

Tarixi abidələri

İstinadlar

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  4. B.Budaqov, Q.Qeybullayev. Naxçıvan diyarının yer yaddaşı. Bakı, "Nafta-Press", 2004
  5. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.