Türkan Məmmədyarova

Türkan Həmid qızı Məmmədyarova (doğ. 7 avqust 1989, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007).[2]

Türkan Məmmədyarova
2016-ci ildə Bakıda keçirilmiş 42-ci şahmat olimpiadasında.
2016-ci ildə Bakıda keçirilmiş 42-ci şahmat olimpiadasında.
Ölkə  Azərbaycan
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Titulu qadınlar arasında beynəlxalq qrosmeyster (2007)
Son reytinqi
  • 2.217 (yanvar 2024)[1]
Maksimal reytinqi 2.322 (mart 2011)
FİDE nömrəsi 13402005
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahmat karyerası

Şəxsi

2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb.[3]

2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb.[4]

20112012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.[5][6]

Komanda

Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında,[7] və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.[8]

2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparmışdır.[9][10]

Reytinqi

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı,[11] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb.

Şəxsi həyatı

Türkanın qardaşı Şəhriyar və böyük bacısı Zeynəb də beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar. Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrosmeyster yetişdirmiş yeganə şahmat ailəsidir.[12]

İstinadlar

  1. FİDE FIDE Standard Ratings as of 31 january 2024. 2024.
  2. Hacı Əli Sobulu. Sobu ensiklopediyası. Bakı: Zərdabi Nəşr MMC. 2023. səh. 217. ISBN 978-9952-553-66-6.
  3. "EU-ch U14 Girls Peniscola 2002". 365chess.com. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
  4. "World Youth Chess Championship 2003 - Girls-14". Chess-results.com.
  5. "AZE Chmp women-2011". World Chess Federation. 11 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2011.
  6. "AZE Chmp women-2012". World Chess Federation. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2012.
  7. "Mamedyarova, Turkan WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
  8. "Mamedyarova, Turkan EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
  9. "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
  10. "Zeynəb MƏMMƏDYAROVA: "Bizim uğurumuz kişi şahmatçıların nəticəsindən asılıdır"". Bakuchessolympiad.com.
  11. "Federations Ranking Women Azerbaijan". Fide.com. 16 Fevral 2017 tarixində arxivləşdirilib.
  12. "Azərbaycan dünyanın intellektual mərkəzi kimi". Xalq qəzeti. 2017-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.