Türkan

TürkanAzərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə.

Türkan
40°21′43″ şm. e. 50°13′02″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Türkan xəritədə
Türkan
Türkan

Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur.

Tarixi

Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır.

10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir.

Əhalisi

1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.[1]

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən Türkan qəsəbəsinin 11.3 min nəfər əhalisi vardır.[2]

İnfrastrukturu

Türkan qəsəbəsində 262 saylı və 119 saylı iki tam orta məktəb və 6 nömrəli internat məktəbi fəaliyyət göstərir. Qəsəbə ərazisində bir poliklinika vardır.

Əhalinin dolanışığı

Əhali əsasən əkinçilik və Türkanda olan daş karxanalarında işləməklə dolanır. Əkinçiliyin monopoliyalaşdığı və daş karxanalarının fəaliyyətinin zəiflədiyi bu dövrlərdə, kənd əhalisinin dolanışıq vəziyyəti çətinləşib. Kənddə uzun illərdən bəri avtobus/marşurut problemi vardır, kəndə gediş-gəliş çətindir. Kəndin dəniz kənarı torpaq hissələri məmurlar və digər varlılar tərəfindən hasara alınaraq özəlləşdirdiliyi üçün kənd əhalisinin qədim məşğuliyyətlərindən biri olan dəniz kənarı bostançılıq zəifləyib.

İstinadlar

  1. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 3
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2012-06-26 at the Wayback Machine (min nəfər)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.