Türk xalçası

Türk xalçaları, Orta Asiyadan Anadoluya köçən Türklərin Vətənlərindən gətirilən toxuculuq ənənəsinə əsaslanan düyünlü, topa şəklində tikilmiş döşək, örtük və xalçalardır.[1]

18-ci əsrə aid qədim Türk xalçası

Anadolunun türklər tərəfindən fəthindən sonra Anadoluda sürətli inkişafı davam etdi və "Anadolu xalçası" kimi tanınır. "Kilim, sumac, cicim, zili" kimi düz hörgüləri ilə özünü dünyaya tanıdan Anadolu xalçaları, dünyanın ən qədim əl işlərindəndir. Anadoluda toxunan bütün xalçalar Türk xalçası adlanır, lakin ümumilikdə "Türk xalçaları" kimi tanınan klassik türk xalçaları Anadolunun qərb və qərb hissələrində və Ege bölgəsindəki vilayətlərdə toxunan xalçalardır.[2]

Tarixi

Türk xalçalarının ilk adı XIII əsrdən məlumdur. Məşhur səyyah Marko Polonun iddiasına görə, uzun müddət Türk xalçaçılığının mərkəzi olmuş Konya şəhərində ən yaxşı xalçalar hazırlanırdı. XIV əsrdə onlar Simirna limanından çıxarıldığı üçün "Simirna" adlandırıldı. Bu xalçalar Anadoluda (Türkiyənin müasir Asiya ərazisi) istehsal edilmişdir.[3]

Məlumdur ki, Türkiyə xalçaçılıq mədəniyyətinə Yunanıstan təsir edib və həmin dövrdə də bu sənətlə məşğul olublar. Osmanlı imperiyasının hakimiyyəti dövründə bir neçə türk tayfası İstanbuldan 60 kilometr aralıda Mərmərə dənizinin sahilində məskunlaşmağı qərara almışdır. Sonradan onların məskunlaşdığı ərazi Herek adlandırıldı. Həmin yerdə Osmanlı saraylarının bəzəyi üçün qeyri-adi dərəcədə böyük ölçülü xalçalar yaradılan ilk Saray xalça emalatxanası yaradıldı.[4]

İstinadlar

  1. The Brukenthal Museum: The extraordinary value of the Anatolian Carpet. Arxivləşdirilib 2012-03-09 at the Wayback Machine Brukenthalmuseum.ro. İstifadə tarixi: 2012-01-27.
  2. Gökmen, Ertan. "Osmanlı dönemi Gördes halıcılığı"(PDF). Celal Bayar Üniversitesi i Manisa ve Yöresi Türk Tarihi ve Kültürünü Uygulama ve Araştırma Merkezi. 14 İyun 2018 tarixində bu mənbədən (PDF) arxivləndi. Yüklənmə tarixi: 10 İyun 2018.
  3. "ANADOLU-TÜRK HALI SANATININ KAYNAKLARI". 2017-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2018.
  4. "Doğu Minyatürlerinde Tasvir Edilen Selçuklu Halıları". 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.