Türk köçləri

Türk köçləriTürk tayfalarının Asiya, Avropa, Hindistan, YaxınOrta Şərqdə yayılması prosesidir. Xüsusilə VIXI əsrləri əhatə edir. Dünyaya yayıldıqları əsas ərazilər isə indiki Monqolustan, Sibir, SintzsyanOrta Asiyanın şərq hissəsi olmuşdur.

Artıq X əsrdə Orta Asiya bütünlüklə Türklər tərəfindən məskunlaşdırılmışdı. XI əsrdə Səlcuqlu bayrağı altında türk tayfaları əvvəllərdə yaşadıqları Qafqazda, İranda, YaxınOrta Şərqin bir çox yerlərində, Anadoluda qəti olaraq möhkəmləndilər. Bu məskunlaşmaq qalıcı oldu və günümüzədək də davam edir. Əvvəlki torpaqlarda türk tayfaları isə sonda ya Qırğızıstan, Türkmənistan, ÖzbəkistanQazaxıstan kimi müstəqil dövlətlər qurdular, ya da Çuvaşıya kimi başqa etnosların anklavında qaldılar. Türk xalqlarından Uyğurlar ÇindəSibirdəki Saxalar isə Rusiyada kompakt halda yaşamaqdadırlar və etnik kimliklərini hələ də saxlayırlar.

Əcdadlar

"Böyük Tarixçinin qeydləri"

Türklərdən bəhs edən ən qədim yazılı qaynaq Çin yazılı qaynaqları olaraq qəbul edilir. O dövrdə Türklər onlara qarşı tikilən Böyük Çin Səddinin şimalında da köçəri tayfalar şəklində yaşayırdılar. Çin qaynaqlarında bəhs edilən tayfalar Hunlar idi (Xiongnu, çincə:匈奴).

Günümüzdəki türk dilli xalqların əcdadlarının indiki Monqolustanda, SibirYenisey çayları boyunca yaşayan Hunlar olduğu qəbul edilir. Müasir dövrdə bu bölgələrdə yaşayan türklərin əksəriyyəti Tuva türkcəsində danışır.

Shiji və ya "Böyük Tarixçinin qeydləri" salnaməsinə görə Hunların soykökü əfsanəvi Çin hökmdar sülaləsi Sya sülaləsindən gəlir. Sya sülaləsindən olan ilk hökmdarın nəvələrindən olan Chunvei və ya Çunqvi Hunların ulu əcdadır. Chunvei "Böyük Tarixçinin qeydləri"nə əsasən indiki Monqolustandakı Sayan dağlarında yaşamış və dəmirçiliklə məşğul olmuşdur. Onlara verilən Xianyun və ya Hunzhu adları o dövrki Çin dili ilə uyğunlaşmadığına görə, gümanki müəllif burada türkləri və ya onların əcdadlarını nəzərdə tutmuşdur. Lakin "Böyük Tarixçinin qeydləri"ndə bəhs edilən Sya sülaləsi əfsanə olaraq qalmaqdadır və tarixi reallıq olması hələ də sübut edilə bilməyib. Hunların Sya sülaləsinə mənsub şəxsdən törəməsi isə heç bir elmi fakta söykənmir.

"Böyük Tarixçinin qeydləri"ndə Hunların Longun qərbində, Mianshu, Hunrong və Diyuan bölgələrində, həmçinin də Qi və Liang dağlarının şimalında-Yiqu, Dali və Quyan bölgələrində, Yan vilayətinin şimalındakı Barbar dağlarında, Jinin şimalındakı Loufan vilayətində yerləşən Şərqi Barbar dağlarında yaşadıqlarını yazır. Sonrakı dövrlərdə də bu məlumatlar təkrarlanır. Lakin mənbələrə baxarkən daha başqa yerlərin də olduğu meydana çıxır. "Böyük Tarixçinin qeydləri"nə əsasən göstərilən bu yerlər Hunların yaşadığı bütün əraziləri əhatə etmədiyi güman edilir.

Sya sülaləsinin süqutundan sonra, e.ə.1569-cu ildə, Çinlilər barbar tayfalardan hesab edilən Junlarla aralarında Bin şəhərinin əsasını qoydular. e.ə.1269-cu ildə Junlar bu şəhəri almağa cəhd etdilər. Təxminən e.ə 1169-cu ildə Quanyişi tayfası Çjou tayfasının hücumuna məruz qaldı və bu hücumun nəticəsində bütün barbar tayfalar (əsərdə "itaətkar tullantilar" deyə keçir) Jing və Lua çaylarının şimalına qədər qovuldu. e.ə. 969-cu ildə, Kral Mu, Quanrong tayfalarına hücum etdi və "qənimət kimi 4 Boz Qurd və 4 Ağ Maral gətirdi". Qədim Türk inancına görə Şamanlar Boz Qurd çevrilə bilər.

Şimal-şərqin atlı tayfaları

Türklərin antropoloji xüsusiyyətləri onların yayılma areallarına uyğun olaraq dəyişir. Avropada yerləşən türklər hal-hazırda xarici görünüş baximindan Avropalılardan elə də böyük fərqlərə sahib deyillər, Avropada yaşayan türklərdən Avropalılardan ən çox fərqlənən Krım tatarlarıQafqazda yaşayan Qumuq, Noqay kimi türk topluluqlarıdır. Bu türk qollarının xarici görünüşü avropalı+şiməl-şərqi asiyalı kimi təsnif olunur. Orta Şərqdə yaşayan Türklər digər xalqlardan elə də böyük fərqlərə sahib deyillər, Mərkəzi Asiyada yaşayanlar isə daha çox Şimal-Şərqi Asiyalı kimi görünürlər.

Proto-türklərin hansı irqdən olması sualına hələ də dəqiq cavab tapılmamışdır. Aparılan antropoloji və genetik təcrübələr qəti olaraq bir cavab verməyə çətinlik yaradır. Bunun da əsas səbəbi türklərin çox böyük əraziyə yayılması, burada yaşayan əhalini assimiliyasiya edərək qarışması və ya əksinə prosesin işləməsidir.

Bioloji araşdırmalar göstərir ki, bölgədə irqi təkamül dil baxımından formalaşmaqdan əvvəl baş vermiş və insanlar dil baxımından bir-birindən ayrılan zaman, bu bölgənin insanları artıq bir-birlərindən irqi baxımdan ayrılmışdılar.

Kembric Universitetinin Çinin qədim dövr tarixi üzrə professoru Nikola di Kosmo bildirir ki, hunların formalaşması e.ə VIII əsrdə sona çatmış, bu köçəri, atlı tayfalar Asiyadakı gələcəy döyüşçü tayfaların əsası olmuşdur. Bunlar Qara dənizdən Sakit okeana qədər uzanan, Yunanlara Skitlər olaraq bilinən "kəmərinbssəsiir həssi olmuşlar.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.