Türk Ulduzları

Türk Ulduzları (türk. Türk Yıldızları) — Türkiyə Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyə Milli Akrobatika Qrupunun akrobatika eskadronudur. Komanda 7 noyabr 1992-ci ildə yaradılıb və 11 yanvar 1993-cü ildə "Türk Ulduzları" adını alıb. Uçuşlar 8 ədəd NF-5 təyyarəsi ilə həyata keçirilir. Nəqliyyat vasitəsi kimi Lockheed C-130 Hercules istifadə olunur

Türk Ulduzları
Türk Yıldızları
Növü Aerobatika komandası
Yaranma tarixi 7 noyabr 1992 (1992-11-07) (qurulma) – Günümüz (Fəaliyyət göstərir)
Ölkə
Tabedir Türkiyə Hərbi Hava Qüvvələri
Tərkibi 10 pilot
7 köməkçi heyət üzvü
11 texniki işçi
Qərargah Konya aviabazası
Rəngləri Ağ, qırmızı, boz
            
Təchizatı NF-5, Lockheed C-130 Hercules
turkyildizlari.tsk.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzalar

13 mart 2012

Təlim uçuşu zamanı NF-5 təyyarəsinin qəzaya uğraması ilə pilot Yüzbaşı Ümit Özer həlak olmuşdur.[1]

7 aprel 2021

Təlim uçuşu icra edən "Türk ulduzlarına" məxsus NF-5 təyyarəsi saat 14:15 (Bakı vaxtı ilə 15:15) radələrində Konyada qəzaya uğrayıb. Pilot Yüzbaşı Burak Gençcelep həlak olub.[2]

6 dekabr 2022

Təlim uçuşu icra edən "Türk ulduzlarına" məxsus NF-5 təyyarəsi havada quş ilə toqquşduğuna görə qəzaya uğrayıb. Pilot katapult edə bilib.[3]

14 mart 2024

14 mart 2024-cü il tarixində komandanın təlim təyyarələrindən biri Türkiyənin Konya vilayətində qəzaya uğrayıb.[4]

Türk Ulduzları Bakıda

22 avqust 2001

Fəaliyyəti dövründə Azərbaycanda ilk uçuşunu 22 avqust 2001 tarixində yerinə yetirib.[5] Şou zamanı canlı olaraq 1 milyondan çox adam tərəfindən izlənilərək rekord qırıb.[6]

26 iyun 2018

İllər sonra 2018-də Azərbaycan Ordusunun Qurulmasının 100 illiyində Bakı şəhərinə bir daha təşrif buyurub. Həmin paradda Azərbaycanda ilk dəfə SoloTürk-də uçuş yerinə yetirib.[7]

15 sentyabr 2018

Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi şərəfinə keçirilən paradda iştirak ediblər.[8]

26–29 may 2022

2022-ci ildə Texnofest festivalı çərçivəsində Texnofest Azərbaycan tədbirində SoloTürk ilə birlikdə uçuşlar həyata keçirib.[9]

Türk Ulduzları
Türk Ulduzları
Türk Ulduzu

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.