Türk Dil Qurumu
Türk Dili Qurumu (türk. Türk Dil Kurumu, TDK) — türk dilini öyrənmək və inkişaf etdirmək məqsədilə qurulan Türkiyə Cümhuriyyəti hökuməti yanında ictimai təşkilat.
Türk Dil Qurumu TDK | |
---|---|
Türk Dil Kurumu | |
| |
Fəaliyyəti | Türk dilinin tənzimləyici institutu |
Şüar | Ölkəsini, yüksək bağımsızlığını qorumasını bilən türk milləti, dilini də xarici dillər boyunduruğundan qurtarmalıdır. |
Yaranma tarixi | 12 iyul 1932 |
Rəsmi dili | Türk dili |
Mərkəzi | Atatürk bulvarı No.: 217, Çanqaya, 0668 Ankara, Türkiyə |
Qurucusu |
Mustafa Kamal Atatürk Samih Yalnızgil Ruşen Əşrəf Ünaydın Cəlal Sahir Ərozan Yaqub Qədri Qaraosmanoğlu[1] |
Prezident | Gürər Gülsevin |
Vitse-prezident | Feyzi Ərsoy |
Büdcəsi | 19.693.000₺ (2020)[2] |
tdk.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Türk Dili Qurumu 12 iyul 1932-ci ildə M. K. Atatürk tərəfindən qurulmuşdur, ilkin adı "Türk Dili Araşdırma Cəmiyyəti" (türk. Türk Dili Tetkik Cemiyeti) olmuşdur. Samih Yalnızgil, Ruşen Əşrəf Ünaydın, Cəlal Sahir Ərozan və Yaqub Qədri Qaraosmanoğlu kimi dövrün millət vəkilləri və məşhur ədəbiyyatçıları qurumun təsisçilərindən idilər.[3] Qurumun ilk sədri Samih Yalnızgil oldu.[4] Onun 1932-ci ilin dekabr ayında vəfatında sonra təhsil Naziri Dr. Rəşid Qalib faktiki sədr oldu.[5]
Türk Dili Qurumu həm türk ədəbi dili, həm də türk ləhcələrinin öyrənilməsi ilə məşğul olur və ədəbiyyat işlərini yayımlayır.
Baş ofisi Ankarada yerləşir.
Nəşrləri
Təşkilat, Güncel Türkçe Sözlük ilə yanaşı, əsasən türk dilləri ilə əlaqəli tədqiqatlar, ixtisaslaşdırılmış lüğətlər, filoloji kitablar və ədəbiyyat əsərlərindən ibarət 850-dən çox dilçilik kitabı nəşr etmişdir.
TDK, eyni zamanda, Türk Dili (1951-ci ildən), Belleten (1953-cü ildən) və Türk Dünyası (1996-cı ildən) adlı türk dili və ədəbiyyatı mövzusunda müxtəlif jurnalları nəşr edir.
Lüğət
Türk Dili Qurumu tərəfindən nəşr olunan "Güncel Türkçe Sözlük" adlı türk dilinin rəsmi lüğətinin 2005-ci il nəşrində 104.481 söz var idi ki, onlardan təxminən 86%-ı türk, 14% -ı xarici mənşəli idilər.[6] Türk lüğətinə əhəmiyyətli dərəcədə təsir etmiş xarici dillər arasında ərəb, fransız, fars, italyan, ingilis və yunan dilləri var.[7]
Həmçinin bax
İstinadlar
- "Türk Dil Kurumu - Başkanlar". TDK Official (Turkish). Çankaya, Ankara: Turkish Language Association. 6 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2015.
- "Arxivlənmiş surət" (PDF). 2020-09-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-03.
- "История создания Института турецкого языка". Турецкая телерадиокомпания. 2019-09-25. 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-26.
- Кононов, А. Sadettin Nüzhet. Samih Rifat: hayati ve eserleri (PDF) // Библиография Востока. Институт востоковедения Академии наук СССР. № 10 (1936). М. - Л.: Издательство Академии наук СССР. 1937. 165.
- Письменность и революция. Сборник 1. К 6 пленуму ВЦК НА. М. - Л.: Изд. ВЦК НА. под ред. Д. Коркмасова. 1933. 188.
- "Güncel Türkçe Sözlük" (türk). Turkish Language Association. 2005. 2007-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-21.
- "Türkçe Sözlük (2005)'teki Sözlerin Kökenlerine Ait Sayısal Döküm (Numerical list on the origin of words in Türkçe Sözlük (2005))" (türk). Turkish Language Association. 2005. 2007-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-21.
Xarici keçidlər
- tdk.gov.tr (türkcə) — Türk Dili Qurumunun rəsmi saytı.
- TDKTerim