Türk Aerokosmik Sənayesi
Türk Aerokosmik Sənayesi, TUSAŞ[1] (türk. Türk Havacılık ve Uzay Sanayii) — Türkiyədə hava qurğularının layihələndirilməsi, təkmilləşdirilməsi, istehsalı, tamamlanması, yenilənməsi və satış sonrası xidmət sahələrində texnologiya mərkəzi. Şirkət dünyanın ən böyük sərnişin təyyarəsi Airbus A380-ə və hərbi nəqliyyat təyyarəsi Airbus A400M-ə parça istehsal edir. Bundan başqa, şirkət 2013-cü ildə ilk uçuşunu həyata keçirən Airbus A350-yə qanad istehsal etməyə başlamışdır.[2]
Türk Aerokosmik Sənayesi | |
---|---|
türk. Türk Havacılık ve Uzay Sanayii | |
Ümumi məlumatlar | |
Tipi | Səhmdar cəmiyyəti |
Sənaye |
Aviasiya Müdafiə Telekommunikasiya |
Məhsulları |
Təyyarə layihələri Aviasiya yüksəltmələri Müdafiə sistemləri |
Təsis tarixi | 1973-cü il, Ankara |
Baş qərargahın yeri | Türkiyə, Ankara |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲ 1,459 milyard TL (2011) |
Xalis mənfəəti | ▲ 273,435 milyon TL (2011) |
Struktur | |
İşçi sayı | 4.533 nəfər (2015-ci ildən etibarən) |
Rəsmi səhifəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçəsi və müasir vəziyyəti
Mənşəyi 1973-cü ildə Türk Aviasiya Sənayesinin qurulmasına qədər gedir. Türk Aviasiya Sənayesi və Türk Aerokosmik Sənaye Aviasiya və Kosmos Sənayesi şirkətləri 28 aprel 2005 tarixində TAI adı altında birləşmiş olub, Türk Aerokosmik Sənayesi, dizayn, istehsal infrastrukturu ilə insan resursları baxımından olduqca təsirli bir güc yaradacaq və "Aviasiya Mərkəzi" olaraq xidmət göstərəcəkdir.
12 yanvar 2005 tarixində TUSAŞ obyektlərində imzalanan "Pay Satış Müqaviləsi" ilə TAİ-nin sahib olduğu Lockheed Martin of Turkey (%42) və General Electric İnternational (%7) şirkətlərinə məxsus səhmlər Türk Aerokosmik Sənayesi tərəfindən satın alınmışdır.
Türk Aerokosmik Sənayesi, 1984-cü ildə macərasına çox az adamla başladı, hərbi layihələrdən əldə etdiyi təcrübələri ticari layihələrə çatdıraraq, bu gün 3000-dən çox yüksək səviyyəli əməkdaşı və 50-yə yaxın fərqli layihəsi ilə bir Dünya Şirkəti olma hədəfinə çatıb.[3]
Türk Aerokosmik Sənayesi həmçinin, Milli Sənaye Təşkilatı kimi Airbus Military şirkəti ilə birgə olub, Fransa, Almaniya, İtaliya, Birləşmiş Krallıq, İspaniya, Belçika və Cənubi Afrika Respublikası aviasiya şirkətləri ilə birlikdə A400M təyyarəsinin dizayn və inkişaf etdirmə fəaliyyətlərinə davam edir.[4]
Dünyadakı son texnoloji prosesləri yaxından izləyərək aviasiya sahəsində aparıcı təşkilatlar arasında yer almağa qərarlı olan Türk Aerokosmik Sənayesi, Türkiyədə XXI əsrdə yeni üfüqlər açmağı qarşısına məqsəd qoymuşdur.
Türk Aerokosmik Sənayesi, 3 noyabr 2005-ci ildə RUAG Aerospace (RA) ilə imzalanan bir müqaviləyə əsasən, Airbus A380 təyyarəsi üçün D-Nose Panel Dartma Qabıqlarını Türkiyədə öz müəssisələrində istehsal edəcəkdir.
Türk Aerokosmik Sənayesi tərəfindən son illərdə artıq Türkiyə üçün xarici mənbələrdən müstəqil özünəməxsus dizayn hava vasitələri də idxal edilməyə başlanmışdır.
Türk Aviasiyanın ən inkişaf etmiş hissələrindən biri olan Türk Aerokosmik Sənayesi, eyni zamanda sektorun lokomotivi mövqeyindədir. Türkiyənin aviasiya inteqrasiya mərkəzi mövqeyindəki Türk Aerokosmik Sənayesi, bu sahədəki rəqabət gücünü hər keçən gün artırır.
Görüş və vəzifələri
Türk Aerokosmik Sənayesinin görüşü; Hər növ hava və kosmos vasitəsinin dizaynı, istehsalını və dəstəyini təmin edəcək qabiliyyətə çataraq dünya markası olmaqdır.
Türk Aerokosmik Sənayesinin vəzifəsi; Türkiyənin və xarici müştərilərin hərbi və mülki aviasiya, kosmos sistem ehtiyaclarını ödəyəcək layihələr daxil olmaqla texnologiya və qabiliyyətləri inkişaf etdirmək; Daim inkişafla qlobal rəqabət şəraitində bazar payını artırmaq; Ölkəsi, müştəriləri, tərəfdaşları, tədarükçüləri və əməkdaşları üçün dəyər yaratmaqdır.
Layihələri və dizaynları
- Türkiyə Hərbi Hava Qüvvələri F-16 təyyarələri üçün elektron hərbi sistemi gücləndirmək və yenidənqurma işləri aparmaq,[5]
- Pakistan Hərbi Hava Qüvvələrinə məxsus 42 ədəd F-16 Blok-15 Blok-50 səviyyəsinə yüksəldilməsi işi,[6]
- Airbus A350 sərnişin təyyarələrinin qanadcıqlarının dizayn və emalı,[7]
- Airbus A320 təyyarələrinin 18 və 19 nömrəli gövdə panelinin istehsalı,[8]
- Airbus A330 quyruq sükanı və s.[9]
İstinadlar
- "TUSAŞ-Türk Havacılık ve Uzay Sanayii A.Ş". TUSAŞ. 25 mart 2016. Archived from the original on 25 March 2016. İstifadə tarixi: 4 may 2019.
- "Türk Üretimi Uçak Yolda". TRT Haber. 24 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2019.
- "Turkish Aerospace Industries (TAI) - Turkey". Airframer. 1 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2019.
- "TAI Information". Tagesschau. İstifadə tarixi: 4 may 2019.
- "F-16 Air Forces - Turkey". F-16. 16 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2019.
- ""Turkish Aerospace Industries to upgrade 42 F-16 jets"". Defendence Pakistan. 3 March 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 may 2019.
- "Savunma Sanayii Müsteşarlığı". Hüriyyet Gazetesi. 6 mart 2016. Archived from the original on 6 March 2016. İstifadə tarixi: 4 may 2019.
- "Yazarlar Gazete Yazarları Milliyet Köşe Yazarları". Milliyet Haber. 6 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2019.
- "Airbus'ın gövdesindeki Türk imzası büyüyor - Hürriyet EKONOMİ". Hüriyyet Gazetesi. 11 may 2015. Archived from the original on 11 May 2015. İstifadə tarixi: 4 may 2019.