Türkəci
Türkəci (bəzən: Türkəçi) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Türkəci | |
---|---|
40°28′ şm. e. 47°47′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 416 (2009) nəfər |
|
Tarixi
Göyçayın sahilində, Şirvan düzündədir.[2]
Əhalisi
Əhalisinin sayı 416 nəfərdir. [3]
Toponimikası
Tədqiqatçılara görə, oykonim Türk Hacı adının tələffüzdə təhrif olunmuş formasıdır. Əslində, keçən əsrin əvvəllərində Göyçay qəzasında Təklə Hacı və Türkəncə adlı ayrı- ayrılıqda iki kənd mövcud olmuşdur. Türkəçi oykonimi Türkəncə adının təhrif olunmuş formasıdır. 1933-cü ildə həmin kənd səhvən Türk Hacı kimi qeydə alınmışdır. 1917-ci ildə Türkəncə kəndi Yengikənd icmasının tərkibində olmuşdur. Oykonim “yeni türk kəndi” mənasındadır. [4]
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.