Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu

Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlutürkçülük ideologiyasının banilərindən biri, müsəlman şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti haqqında bəhs edən kitab Aydın Balayev tərəfindən yazılıb.[1][2][3]

Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu
rus. Патриарх Тюркизма Ахмед Бек Агаоглу
Kitabın üz qabığı
Kitabın üz qabığı
Müəllif Aydın Balayev
Orijinalın dili rus.
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2018
Nəşriyyat “TEAS-Press” Nəşriyyat evi
Səhifə 508
ISBN 9789952310467

Haqqında

Kitabda türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib. Tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifi olan Aydın Balayev tərəfindən yazılan bu əsər "TEAS Press" Nəşriyyat Evi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilib. Müəllif əsərdə qeyri-adi istedada malik bu şəxsiyyət barədə bioqrafik məlumatları, sadalamaqla kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izah edib. Kitab rus dilindədir və tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.[2]

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.