Tüleyhə

Tüleyhə (ərəb. ﻃﻠﻴﺤـة ﺑﻦ ﺧﻮﻳﻠﺪ ﺍلاﺳﺪﻱ) — Əsəd qəbiləsinin lideri və Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. 7-ci əsrdə Ərəbistandakı peyğəmbərlik hərəkatının xarakterik simalarından biri

Tüleyhə
Doğum tarixi bilinmir
Vəfat tarixi 642[1]
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti hərbi lider[d]

Bioqrafiyası

Tüleyhə Əsəd qəbiləsinin hərbi liderlərindən biri idi. 626 və 627-ci illərdə müsəlmanlarla döyüşlərdə iştirak etmişdir. O, fərasəti və gələcəyi proqnozlaşdırmaq bacarığı ilə məşhur idi. 631-32-ci illərdə Tüleyhə özünü peyğəmbər elan edir, ərəblərin gələcək qələbələri, xüsusən də Suriya və İraqı fəth etmələri haqqında peyğəmbərlik etmişdir.

Məhəmməd peyğəmbərin vəfatından sonra fəaliyyətini gücləndirir, Əsəd, Fəzar və Tay qəbilələrinin bir hissəsini İslamdan müvəqqəti uzaqlaşmağa müvəffəq olur. Onun fəaliyyəti gənc müsəlman dövləti üçün təhlükə yaradır. Xalid ibn Vəlidin komandanlığı ilə ona qarşı göndərilən qoşunlar onun ordusunu məğlub edir. Qaçan Tüleyhə sonradan tövbə edərək İslamı qəbul edir. O, müsəlmanların İraq və Suriyanın fəthində iştirak etmişdir. 642 və ya 645-ci ildə vəfat edir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.