Tübingen Universiteti
Tübingen Universiteti, rəsmi adı Eberhard və Karl Universiteti (alm. Eberhard Karls Universität Tübingen) — Almaniyanın Baden-Vürtemberq torpağındakı Tübingen şəhərində yerləşən ali təhsil müəssisəsi.
Tübingen Universiteti EKUT | |
---|---|
Eberhard Karls Universität Tübingen | |
![]() | |
48°31′30″ şm. e. 9°03′32″ ş. u. | |
Şüar | Attempto! |
Əsası qoyulub | 1477 |
Tip | Dövlət |
Rektor | Bernd Enqler |
Tələbə sayı | 27 132 (2012/2013) |
Şəhər | Tübingen |
Ölkə | |
Sayt | uni-tuebingen.de |
![]() |
Tarixi
Universitetinin əsası 1477-ci ildə Vyurtemberq qrafı V Eberhard tərəfindən qoyulmuşdur.[2]
Fəaliyyət göstərdiyi ilk 10 il ərzində burada Martin Lüterin dostu, məşhur alman humanist Filip Melanhton, həmçinin Yohan Reuxlin, Qabriel Biel və Heinrix Bebel kimi məşhur alimlər tədris fəaliyyəti ilə məşğul olmuşlar.[2]
1977-ci ildə universitet özünün 500 illik yubileyini qeyd etmişdir.[2]
İdarəçilik
Nizamnaməyə əsasən, 1831-ci ildən buranı Universitet Senatı tərəfindən seçilmiş rektor idarə edir.[2]
Fakültələri
Universitetin əsas fakültələri tibb və ictimai elmlərdir.[2]
Xarici əlaqələri
Universitet beynəlxalq tələbə və müəllim mübadiləsi proqramlarında fəallıq göstərir və dünyanın 35 ölkəsinin 120 universiteti ilə mübadilə həyata keçirilir.[2]
2010-cu ilin mayından Tübingen Universiteti Dartmut Kolleci (ABŞ), Darem (Böyük Britaniya), Kuins (Kanada), Otaqo (Yeni Zellandiya), Qərbi Avstraliya (Avstraliya) və Uppsala (İsveç) universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində Matariki Universitetləri Şəbəkəsinə qoşulub.[3]
Mənbə
- History of the University Arxivləşdirilib 2013-08-18 at the Wayback Machine (ing.)
İstinadlar
- Directory of Open Access Journals. 2003.
- Tübingen universiteti Arxivləşdirilib 2017-02-05 at the Wayback Machine. banker.az, 10.09.2014 (az.)
- Our Members Arxivləşdirilib 2022-02-23 at the Wayback Machine. matarikinetwork.org (ing.)