Tövlə (Qəbələ)
Tövlə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Tövlə | |
---|---|
40°53′09″ şm. e. 47°43′54″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 423 m |
Saat qurşağı | |
|
Tarixi
- Kənd 1999-cu ildə yaradılmışdır.
Coğrafiyası
Tövlə. Bu kənd uzun müddət Tola adlanıb. 1999-cu ildən bələdiyyələr yarananda kəndin adı Tövlə kimi rəsmiləşib. Toponimika elminə görə hazırkı adı düzdür və söz təhrif olunaraq xeyli vaxt əsas mahiyyətini itirmişdi. Yerli camaatın yozumuna görə Qədim Qəbələnin paytaxt olduğu zaman bu ərazidən tədarük olunan kənd təsərrüfatı malları və ərzaq ehtiyatı şəhərin tələbatını ödəyirmiş. Məhz adı da beləcə yaranıb. İndiki Çuxur Qəbələ kəndi ilə qədim şəhərin arasındadır. Ərazidən tapılan kərpic bişirən kürəxanalar hələ də araşdırılır və mühafizə olunan arxeoloji abidələr sırasına daxil edilib. Əslində tola sözü kərpic anlamındadır. Arxeologiyada tədqiqat aparılan Qədim Albaniyanın Çaqqallı sahəsi, tarixi məkandan 3–4 km cənub-şərqdə, Govurlu və Qoçalan çayın arasında 50 hektaradək yer Tövlə kəndinin ərazisindədir.[1] Hazırda kəndin 738 nəfər əhalisi və 179 təsərrüfatı qeydə alınıb. Fındıq bağları, iri və xırda buynuzlu mal-qara artımı, tərəvəz sahələri gəlir mənbəyidir. Fərdi evlərin tikintisində, əhalinin minik avtomobillərinin sayında irəliləyiş hiss edilir. İctimai iaşə müəssisələri fəaliyyət göstərir. Regionların Sosial-İqtisadi İnkişafı ilə bağlı yeni Dövlət Proqramına (2009-2013) əsasən növbəti illərdə burada Qoçalan çayı üzərində körpü tikilməsi nəzərdə tutulub. Kənddə peyk rabitəsi quraşdırılıb, icra nümayəndəliyində, bələdiyyə idarəsində, məktəbdə telefon rabitəsi var. 2008-ci ilin sonundan əhaliyə telefon çəkilişinə başlanıb. Mavi yanacağın bərpası qərara alınıb.[1]
Toponimikası
Tövlə oyk., sada. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yerli əhali oykonimi tövlə (mal-qara saxlanan yer) sözü ilə bağlayır. Bəzi tədqiqatçılara görə, kəndin adı qismən təhrifə uğramışdır. Əslində Tovilə olmalıdır. Yaşayış məntəqəsinin adının yunan coğrafiyaşünası Ptolomeyin (II əsr) Albaniyada qeyd etdiyi Tabilaka və ərəb coğrafiyaşünası Müqəddəsinin (X əsr) Şəki və Qəbələ arasmda qeyd etdiyi Tebla toponimləri ilə bağlılığı ehtimal olunur. İlisu kəndində (Qax r-nu) tovla tabun adlı nəsil qeydə alınmışdır.[2]
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 745 nəfər əhali yaşayır.[3]
Həmçinin bax
Xarici keçidlər
- Qəbələ rayonu İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
İstinadlar
- Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629