Töhfə Əzimova
Töhfə Əzimova (6 fevral 1938, Bakı – 4 fevral 2003) – Azərbaycan-sovet kino aktrisası, pianoçu.
Töhfə Əzimova | |
---|---|
Digər adı | Töhfə Ələsgərova |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (64 yaşında) |
Fəaliyyəti | Aktrisa |
Həyatı
Töhfə (əsl adı Tofilə) İbrahim qızı Əzimova 6 fevral 1938-ci ildə Bakıda doğulub. Əsl sənəti fortepiano müəlliməsi olub. Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə “Qızmar günəş altında” filminin çəkilişləri zamanı tanış olub. Cütlük 1958-ci ildə ailə həyatı qurub. Aktrisa kimi iki filmdə yaddaqalan obraz yaradıb: "Əhməd haradadır" filmində Leyla və "Qızmar günəş altında" Nərminə rolu.
Həyat yoldaşı Cəbrayıl Əzimov 1969-cu ildə yeganə oğlu Elman və onun doslarını Şıxov çimərliyinə apararkən avtoqəza keçirib və həlak olub. Bundan sonra Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib. Töhfə Əzimova 4 fevral 2003-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilb.[1]