Seqed

Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir.

Şəhər
Seqed
mac. Szeged
Bayraq Gerb
Bayraq Gerb
46°15′18″ şm. e. 20°08′42″ ş. u.
Ölkə  Macarıstan
Tabesində Çonqrad
Başçı Laslo Botka
Tarixi və coğrafiyası
Əsası qoyulub 1498
İlk məlumat 1183
Sahəsi
Mərkəzin hündürlüyü 75 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 158.829 nəf. (1 yanvar 2023)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 62
Poçt indeksi 6720
Digər
szegedvaros.hu
Seqed xəritədə
Seqed
Seqed
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqeyi

Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir.

Tarixi

Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi. 1526-cı ildə Osmanlı qoşunlarının hücumuna mərzu qalan şəhər sonradan Osmanlıların Buda əyalətinin məntələrindən biri olmuşdur [3]. Şəhər 1686-cı ilə qədər Osmanlıların tabeliyində qalmışdır. 1919-cu ildə Macar-Rumın müharibəsi nəticəsində şəhər yenidən Macarıstanın tərkibinə qatılmış, 1920-ci ildə şəhərin yəhudi nüfuzu ən yüksək səviyyəsinə çatmışdır. II Dünya müharibəsi illərində Seqed böyük dağıntılara məruz qaldı. 6000 nəfərlik əhalinin içində Yəhudi vətəndaşlar həbs edildi və Nasist düşərgələrində öldürüldü. 1944-cü ildə isə şəhər SSRİ ordusu tərəfindən işğal edildi. Kommunist işğalı altındakı Seqed şəhəri o dövrdə yüngül sənaye və qida sənayesi sahəsində Macarıstanın əsas şəhərlərindən birinə çevrilmişdi. Təkcə Seqed ölkənin petrol ehtiyacının 67%-i qarşılayırdı. 1962-ci ildə şəhər Çonqrad əyalətinin tabeliyinə verildi. Günümüzdə də ölkənin turizm və təhsil cəhətdən tez-tez ziyarət edilən yerlərindən biridir.

Turizmi

Seqed şəhəri turizm cəhətdən Macarıstanın ən əhəmiyyətli şəhərlərindən biridir. Şəhərin populyar tursit məkanlarına "Mura Ferens" muzeyini, Seqed sinaqoqunu, "Pik Salami və Seqed Paprika" muzeyini, açıq hava teatrlarını misal göstərmək olar. "Mura Ferens" muzeyi 1896-cı ildə istifadəyə verilmişdir. Burada müxtəlif arxeoqrafik, etnoqrafik, tarixi və təbiət elmləri sahəsində edilən araşdırmalar nəticəsində əldə edilmiş eksponatlarla yanaşı, Mura Ferensin xatirə otağı da vardır. Seqed sinaqoqu- 1907-ci ildə yəhudi əsilli macar memar Liput Baumhorn tərəfindən yaradılan sinaqoq modernizmin ən bənzərsiz nümunələrindən biridir.

Təhsili

Şəhərdə 62 baxça, 32 ibtidai məktəb, 18 orta məktəb fəaliyyət göstərir. Seqed şəhəri Macarıstanın cənubunda ən əhəmiyyətli təhsil mərkəzlərindən biridir. 1581-ci ildə inşa edilən Seqed Universiteti tələbələrin sayına görə Macarıstanda 2-ci böyük universitetdir. Akademik göstəricilərinə görə isə Avropanın 100 əsas universitetləri sırasına daxildir.

Qalereya

İstinadlar

  1. (unspecified title). Hungarian Central Statistical Office.
  2. Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2023.
  3. Sadık Müfit Bilge, Macaristanda Osmanlı Hakimiyyetinin ve İdari Teşkilatının Kuruluşu ve Gelişmesi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.