Sword Art Online: Ordinal Scale

Sword Art Online: Ordinal Scale (ソードアート・オンライン -オーディナル・スケール-, Sōdo Āto Onrain -Ōdinaru Sukēru-, azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası)abec-in rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan "Sword Art Online" ranobe seriyası əsasında çəkilmiş 2017-ci il istehsalı elmi fentezi anime filmi. Film A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Rejissoru Tomohiko İto, ssenaristi Reki Kavahara, personaj dizayneri Şinqo Adaçı, bəstəkarı Yuki Kaciuradır. Yaponiya, Almaniya, Cənub-şərqi Asiyada 18 fevral 2017-ci ildə, Meksikada 4 mart 2017-ci ildə, ABŞ-də 9 mart 2017-ci ildə buraxılmışdır.

Sword Art Online: Ordinal Scale
Anime filminin posteri. Personajlar: KiritoAsuna.
ソードアート・オンライン -オーディナル・スケール-
(Sōdo Āto Onrain -Ōdinaru Sukēru-)
azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası
Janr döyüş, elmi fentezi, romantika
Anime
RejissorTomohiko İto
SsenaristReki Kavahara
Tomohiko İto
BəstəkarYuki Kaciura
StudiyaA-1 Pictures
Vaxt119 dəq.[1]
Manqa
YazıçıReki Kavahara
RəssamIsII
Nəşr tarixi27 aprel 2017
Cildlər1 (cild siyahısı)
Manqa
Sword Art Online: Cordial Code
ManqakaReki Kavahara
Rəssamabec
NəşriyyatASCII Media Works
Nəşr tarixi27 sentyabr 2017

Məzmun

2026-cı ildə yeni virtual reallıq sistemi Augma təqdim olunur. Augma NerveGear və AmuSphere-dən sonra virtual reallıq texnologiyalarının 3-cü nəslidir. Bu iki texnologiyadan fərqli olaraq Augma tam dalış etmir, artırılmış reallığa əsaslanır. Augma əsasında buraxılmış yeni oyun isə "Ordinal Scale" (OS) adlanır. "Ordinal Scale" oyununda oyunçular bacarıqlarına əsasən sıralanırlar.

"Ordinal Scale"-də SAO bosslarının da peyda olacağı xəbərindən sonra Asuna, Lizbet və Silika Kiritonu yeni oyunu oynamaq üçün cəsarətləndirirlər. Kirito, Asuna və Kleyn boss döyüşünə qatılırlar. Döyüş zamanı oyunun talismanı olan süni intellekt Yuna peyda olur və mahnı oxuyaraq oyunçulara əlavə bonuslar verir. Reallıqda çox güclü və sürətli olmadığından Kirito döyüşdə heç bir uğur qazana bilmir. İkinci yerdə olan oyunçu Eyci qrupa bossa qalib gəlməkdə kömək edir. Asuna bossa ölümcül zərbəni vurmazdan öncə Eycinin "Dəyiş" sözünü pıçıldadığını eşidir. Bu söz isə ancaq SAO oyununda istifadə olunan mexanizmlərdən biridir.

Növbəti gecə Asuna Kleynin dəvətini qəbul edib növbəti bossla döyüşməyə gedir. Lakin Kleynin komandası sonuncu üzvlərinin gəlmədiyini görür və onu gözləyirlər. Amma onun əvvəlki gecə Eyci tərəfindən yaralandığından xəbərsizdirlər. Asuna yenə döyüşdə uğur qazanır və bossu məğlub edir. Kleynin komandası isə qəflətən Eyci və başqa bir bossun hücumuna məruz qalıb məğlub olur. Səhər Kirito OS məşqi etməyə çıxanda qəribə ağ başlıqlı qızla rastlaşır və qız yoxa çıxmazdan qabaq barmağı ilə ona bir şey göstərir. Kirito Asuna ilə görüşür, Asuna Eycinin əslində SAO-da oynamış və And Qanı Cəngavərləri gildiyasının üzvü olmuş Nautilus adlı oyunçu olduğundan şübhəndiyini bildirir. Bu zaman Yui Aynkrad bossların Tokioda peyda olduqları yerin SAO xəritəsində peyda olduqları yerlə analoji eyni olduğunu müəyyənləşdirir.

Asuna, Lizbet və Silika başqa bir döyüşə qatılırlar və Eyci ilə Yuna yenə peyda olurlar. Eyci tərəfindən itələnən Silikanı xilas etməyə çalışan Asuna boss tərəfindən vurulur və oyundan çıxdaş olur. Asuna tezliklə müəyyənləşdirir ki, SAO ilə bağlı xatirələri yavaş-yavaş silinir. Kirito ilə xəstəxanaya gedən Asuna öyrənir ki, Augma onun beynində SAO ilə bağlı xatirələrini skan etməyə başlayıb və bu, OS oynayan digər SAO sağ qalanları ilə də baş verə bilər. Kirito bunu araşdırmaq üçün Sinon ilə başqa bir döyüşə qatılır və çıxdaş olmuş oyunçuların birindən sarı rəngli kürə ayrıldığını, drona daxil olduğunu müəyyənləşdirir. Yui kürəni izləməyə çalışır, lakin sistem tərəfindən blok olunur. Döyüşdən sonra Kirito yenə həmin qəribə qızla rastlaşır və qız yenə bir tərəfi göstərib yoxa çıxır. Kirito və Yui qızın Toto Texniki Universitetini işarə etdiyini kəşf edirlər.

Kirito universitetə gedir və Augma-nın yaradıcısı professor Tetsuhiro Şiqemura ilə görüşür. Lakin Şiqemura suallara cavab verməkdən imtina edir. Professorun kabinetini tərk etməzdən öncə Kirito onun stolunun üstündə Yunaya oxşayan bir qızın şəklini görür. Kirito Kikuoka Seyciro ilə müzakirə aparır, məlum olur ki, Şiqemuranın qızı da SAO-nun qurbanlarından biri olub. Kirito Asunanın evinə gedir və onun xatirələrini geri gətirəcəyinə söz verir. Sonra yenə ağ başlıqlı qızla rastlaşır və onun Yuna olduğu məlum olur. O, ona səviyyəsinin çox aşağı olduğunu deyəndə Kirito LifaSinonun köməyini alıb mümkün olduğu qədər çox boss öldürməyə qərar verir.

Bir neçə gün sonra OS oyunçuları Yunanın konsertini izləmək üçün stadiona yığışırlar. Aşağı mərtəbələrdə Kirito Eyci ilə döyüşür və qalib gəlir. Lakin məlum olur ki, Şiqemuranın məqsədi bütün SAO sağ qalanlarının xatirələrini toplayaraq qızının ruhunu rekonstruksiya etmək və bir süni intellekt olaraq yenidən canlandırmaqdır. Konsertdə olan bütün oyunçuların beyinləri skan ediləcək və onlar öləcəklər.

Aynkrad bosslarının arenada peyda olmasından sonra Kirito və Yuna da döyüşə qatılırlar. Yuna Kiritoya başa salır ki, Augma əslində məhdudlaşdırılmış NerveGear-dır, onun tam dalış xüsusiyyəti var, bunun sayəsində SAO-nun 100-cü səviyyə bosunu məğlub edib döyüşü sonlandıra bilər. Dalışdan öncə Kirito Asunaya nişan üzüyünü verir. Kirito, Lizbet, Silika, Aqil və Sinon 100-cü mərtəbədəki Yaqut sarayına daxil olurlar və bossla qarşılaşırlar. Əvvəlcə məğlub olurlar, lakin Asuna, Lifa, digər ALO və GGO oyunçularının gəlişindən sonra vəziyyət dəyişir. Yui onların SAO-dan saxlanılmış xüsusiyyətlərini bərpa edir və bossu məğlub edirlər. Akihiko Kayabanın səsi onları qələbə münasibətilə təbrik edir və Kiritoya çox güclü qılınc verir.

Artıq OS-un bir nömrəli oyunçusu olmuş Kirito stadiona qayıdıb bütün Aynkrad bosslarını məğlub edir. Kikuoka isə Argus-un (SAO-nu istehsal etmiş keçmiş şirkət) server otağına basqın təşkil edərək Şiqemuranı həbs edir. Ağ başlıqlı Yuna oyunçuların xatirələrini özlərinə qaytarır və 100-cü mərtəbənin bossu əsasında kodlaşdırıldığından yoxa çıxır. Kirito və Asuna Aynkradda verdikləri sözü yerinə yetirib ulduzlara baxmağa gedirlər. Asuna Kiritoya ona verdiyi nişan üzüyünü qaytarır.

Post-kredits səhnəsində Şiqemuranın süni intellekt və ruh rekonstruksiyası sahələrindəki işlərini bəyənən Kikuoka onu Rath şirkətinə dəvət edir.

Rollarda

Personaj Yaponca[2] İngiliscə[3]
Kirito / Kazuto Kiriqaya Yoşitsuqu Matsuoka Brays Papenbruk
Asuna / Asuna Yuuki Haruka Tomatsu Çerami Li
Lifa / Suquha Kiriqaya Ayana Taketatsu Kassandra Morris
Yui Kanae İto Stefani Şe
Silika / Keyko Ayano Rina Hidaka Kristina Mariya Kabanos
Lizbet / Rika Şinozaki Ayahi Takaqaki Sara Anna Vilyams
Sinon / Şino Asada Miyuki Savaşiro Mişel Raff
Kleyn / Ryotaro Tsuboy Hiroaki Hirata Körk Tornton
Aqil / Endrü Qilbert Millz Hiroki Yasumoto Patrik Seyts
Akihiko Kayaba Koyçi Yamadera Mark Dirayson
Yuna Sayaka Kanda Rayan Bartli
Eyci Yoşio İnoe Kris Pütton
Dr. Şiqemura Takeşi Kaqa Ceymison Prays

Media

İstehsal

4 oktyabr 2015-ci ildə keçirilmiş Dengeki Bunko Autumn Festival 2015 tədbirində anime filmi adaptasiyasının istehsal olunacağı açıqlanmışdır.[4][5] Filmdəki hadisələr "Sword Art Online II" anime serialından sonra baş verir.[6] 13 mart 2016-cı ildə baş tutmuş Dengeki Bunko Haru no Saiten 2016 tədbirində filmin "Sword Art Online: Ordinal Scale" adlanacağı məlum olmuşdur.[7] Anime serialında personajları səsləndirənlər anime filmində də uyğun personajları səsləndirəcəkdilər.[2][8][9]

Anime serialının bəstəkarı olmuş Yuki Kaciura anime filminin də bəstəkarı olmuşdur. Saundtrekə 50 trek, eləcə də, Sayaka Kanda tərəfindən ifa olunmuş 5 mahnı daxildir. Aniplex tərəfindən 22 fevral 2017-ci ildə buraxılmışdır.[10] LiSA anime filminin tema mahnısı olan "Catch the Moment" mahnısını ifa etmişdir.[11] Sayaka Kanda Yuna kimi 5 mahnı ifa etmişdir: "Ubiquitous dB", "Longing", "Delete", "Break Beat Bark!""Smile For You".

Buraxılış

Film Yaponiya, Cənub-şərqi Asiya və Almaniyada 18 fevral 2017-ci ildə ekranlaşdırılmışdır. Asiya premyeraları, uyğun olaraq, AniplexOdex tərəfindən təşkil olunmuşdur.[12][13][14] 1 mart 2017-ci ildə filmin ABŞ-də premyerası olmuş, amma Eleven Arts filmi ABŞ kinoteatrlarında 9 mart 2017-ci ildə buraxmışdır.[15] Madman Entertainment də filmi AvstraliyaYeni Zelandiyada 9 mart 2017-ci ildə buraxmışdır.[16] Aniplex of America 17-19 mart 2017-ci ildə filmi Kanadada ekranlaşdırmışdır.[17] Filmin ingilis dilinə dublaj edilmiş versiyasının premyerası Anime Boston 2017 tədbirində baş tutmuş və 22 aprel 2017-ci ildə buraxılmışdır.[18][19] Anime Limited filmi Böyük Britaniyaİrlandiyada 19 aprel 2017-ci ildə ekranlaşdırmışdır.[20][21] Film bütün dünyada təxminən 1000 kinoteatrda göstərilmişdir.[22]

Dünya premyerasından bir neçə gün sonra filmin onlayn şəkildə internetə düşdüyü, mənbənin də MalayziyaSinqapur olduğu məlum olmuşdur..[23][24]

Anime filminin Blu-ray/DVD cildi Yaponiyada 27 sentyabr 2017-ci ildə, Şimali Amerikada 19 dekabr 2017-ci ildə buraxılmışdır.[25]

Manqa

IsII-nin rəssamlığı ilə Reki Kavahara tərəfindən hazırlanan manqa adaptasiyası istehsal olunmuşdur.[26] Bir cildi buraxılmışdır.[26]

Yapon nəşr tarixiYapon ISBN
1 27 aprel 2017[26]ISBN 978-4-04-892650-8

Ranobe

Yaponiyada buraxılmış BD/DVD cildinə Reki Kavaharaabec tərəfindən hazırlanmış "Sword Art Online: Cordial Code" adlı sikvel ranobe daxil edilmişdir. Bu ranobedəki hadisələr "Ordinal Scale"-də baş verən hadisələrin 8 gün sonrasıdır.[27]

Qəbul

Gəlir

Film Yaponiyadakı açılış həftəsində 151 kinoteatrda nümayiş etdirilmiş, 308.376 bilet satmış, 425 milyon yen gəlir əldə etmiş və №1 film olmuşdur.[28][29] 1 oktyabr 2017-ci ilə kimi filmin əldə etdiyi gəlir 4,3 milyard yenə çatmışdır.[30] Şimali Amerikadakı açılış həftəsində isə 1,35 milyon dollar gəlir əldə etmişdir.[31] Film İtaliyada buraxıldığı ilk gündə əldə etdiyi gəlir baxımından "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır""Ecazkar qadın" filmlərini ötmüşdür.[32] Çində əldə olunan gəlir isə 43 milyon yuan təşkil etmişdir.[33]

Tənqidçilərin mövqeyi

IGN-dən Aleks Ozborn filmə 7,5/10 bal vermişdir: "Vizual cəhətdən möhtəşəm deyil, lakin SAO-nun üçüncü mövsümünü gözləyənlər üçün mükəmməl orijinal hekayəyə malikdir". Cine Premier-dən Julio Veles də film haqqında rəy bildirərək 4.5/5 bal vermişdir: "İkinci hissənin ekşnı bir zəif təsir bağışlayır, çünki antaqonistlərin səbəblərinin açıqlanmasına daha çox önəm verilir, amma həyəcanverici və uzun klimaks vəziyyəti xilas edir".[34]

2017-ci ildə anime filmi "Ən yaxşı anime filmi" və "Ən yaxşı saundtrek" kateqoriyalarında Newtype Anime Mükafatı qazanmışdır.[35]

İstinadlar

  1. "劇場版 ソードアート・オンライン ―オーディナル・スケール― (2017)". allcinema (Japanese). Stingray. 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2017.
  2. "Sword Art Online: Ordinal Scale English Dub Screenings Begin April 22 in U.S." Anime News Network. March 14, 2017. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  3. "Sword Art Online Anime Film Project Revealed". Anime News Network. October 4, 2015. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  4. Chapman, Paul. "VIDEO: "Sword Art Online" Movie Announced with Teaser Trailer". Crunchyroll. October 4, 2015. January 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  5. "Sword Art Online Film Takes Place After Mother's Rosario Arc". Anime News Network. October 31, 2015. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  6. "Sword Art Online Ordinal Scale Film to Open in 2017 (Updated)". Anime News Network. March 13, 2016. 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  7. "Aniplex USA Streams Sword Art Online the Movie: Ordinal Scale's English Trailer". Anime News Network. March 13, 2016. 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  8. Green, Scott. "English "Sword Art Online The Movie -Ordinal Scale-" Trailer Presented". Crunchyroll. March 13, 2016. June 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  9. "Sword Art Online the Movie's 3rd Teaser Introduces Cast, Previews LiSA's Theme Song". Anime News Network. December 24, 2016. 2017-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  10. "LiSA Performs Theme Song For Sword Art Online Ordinal Scale Film". Anime News Network. November 27, 2016. 2017-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  11. "Sword Art Online Movie's New Trailer Reveals Spring 2017 Opening". Anime News Network. July 3, 2016. 2017-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  12. "Sword Art Online Movie's February 18 Date Confirmed in Japan". Anime News Network. October 2, 2016. 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  13. "Sword Art Online the Movie: Ordinal Scale Opens in Southeast Asia on February 18". Anime News Network. December 13, 2016. 2017-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  14. "Sword Art Online Ordinal Scale Film Opens in U.S. on March 9". Anime News Network. December 6, 2016. 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  15. Browne, Tessa. "Sword Art Online: Ordinal Scale Australian premiere set for Madman Anime Festival Perth in March!". Madman Entertainment. December 20, 2016. March 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  16. "Sword Art Online: Ordinal Scale Film's Canadian Screenings Begin on March 17". Anime News Network. February 10, 2017. 2017-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  17. "Aniplex of America Presents: SAO The Movie -Ordinal Scale- Eng Dub Premiere!". Anime Boston. March 10, 2017. June 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  18. "Aniplex USA". Facebook. March 10, 2017. April 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  19. "Newswire #98 - 19th Jan 2017 - All the Anime". Anime Limited. January 20, 2017. June 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  20. "Anime Limited and Funimation Updates". Anime News Network. February 19, 2017. 2017-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  21. "Sword Art Online Film to Play in About 1,000 Theaters Worldwide". Anime News Network. 2017-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  22. "ODEX Copyright Notice". Odex. February 23, 2017. February 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  23. "Odex Receives 'Notice From Japan' About Sword Art Online Film Leaks in Singapore, Malaysia". Anime News Network. February 24, 2017. 2017-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  24. Green, Scott. "Aniplex Of America Outlines Plans For "Anohana," "Monogatari" And "Sword Art Online" Blu-rays". Crunchyroll. August 12, 2017. December 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  25. "劇場版 ソードアート・オンライン -オーディナル・スケール- 1". Dengeki Bunko (yaponca). 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  26. Komatsu, Mikikazu. ""Sword Art Online The Movie: Ordinal Scale" DVD/Blu-ray Comes with Sequel Novel". Crunchyroll. August 4, 2017. November 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  27. "Sword Art Online: Ordinal Scale Film Tops Japanese Weekend Box Office". Anime News Network. February 20, 2017. 2017-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  28. "Sword Art Online: Ordinal Scale Film Sells 308,376 Tickets for 426 Million Yen at #1". Anime News Network. February 20, 2017. 2017-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  29. "Sword Art Online: Ordinal Scale Film Earns 4.3 Billion Yen Worldwide". Anime News Network. 1 oktyabr 2017. 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2017.
  30. "Sword Art Online Film Earns Over US$1.35 Million After 1st N. American Weekend". Anime News Network. March 18, 2017. 2017-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  31. ""Sword Art Online - Ordinal Scale" Beats "Pirates of the the[[[sic]]] Caribbean" In Italian Box Office". Crunchyroll. June 14, 2017. July 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  32. "刀剑神域:序列之争(2017)". Cbooo (Chinese). 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  33. "Sword Art Online The Movie: Ordinal Scale". Rotten Tomatoes. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  34. "Fate/Apocrypha, Sword Art Online Movie Win Top Newtype Anime Awards". Anime News Network (yaponca). 7 oktyabr 2017. 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.