Sway (mahnı)
Sway – Meksikalı bəstəkar Pablo Beltran Ruizin 1953-cü ildə, mambo tərzində bəstələdiyi ¿Quién será? mahnısının ingiliscə olan versiyasıdır.
Sway | |
---|---|
Din Martin tərəfindən Sway albomunda ifa olunmuş sinql | |
Yayımlanma tarixi | 1953 |
Format | sinql |
Janr | mambo |
Dil | ingilis dili |
Müddət | 02:41 |
Bəstəkar | Pablo Beltran Ruiz |
Sözlərin müəllifi | Norman Gimbel |
Studiya | Capitol Records |
Mahnıya 1954-cü ildə Norman Gimbel ingilis dilində sözlər yazmış və bundan sonra mahnını məşhur aktyor və musiqiçi Din Martin ifa etmişdir. Din Martin mahnını ingilis dilində oxuyan ilk ifaçı olmuşdur. Mahnı onun ifasında Billboard Hit Paradında 15-ci yerə yüksəlmişdir. Eyni ildə mahnı İngiltərədə altıncı yerə qədər yüksələ bilmişdir. Mahnı Din Martindən sonra dünyanın bir çox ölkələrindən olan musiqiçilər tərəfindən fərqli üslublarda ifa edilmişdir.
Fərqlənən və yadda qalan ifalar
- 1953 – Pablo Beltrán Y Su Orchestra
- 1954 – Eylin Barton, Coral Records, kataloq nömrəsi 61185,
- 1954 – Din Martin, Capitol Records, kataloq nömrəsi 2818, US 15, UK 6
- 1954 – Olavi Virta (fin dilində)
- 1960 – Perez Prado və Rosemary Clooney, A Touch of Tabasco albomu
- 1960 – Bobbi Ridell, Capitol Recording Studios, NYC
- 1961 – Ben E. Kinq, "Spanish Harlem" albomu
- 1963 – Kliff Riçard, "When In Spain" albomu
- 1976 – Ajda Pekkan, "Kim Ne Derse Desin" albomu (türk dilində)
- 1990 – Bjork in album Gling-Gló, as "Í dansi með þér" (island dilində)
- 1999 – Shaft, (Mucho Mambo) adıyla "Sway" albomu
- 2000 – Athena – Macera, "Tam Zamanı Şimdi" albomu (türk dilində)
- 2003 – Maykl Buble,
- 2004 – Pussycat Dolls, Shall We Dance? filmində
- 2004 – Ariel Dombal, "Quién Será (Sway)" adıyla
- 2005 – Aaron Kvok, titled "飛" ("Sway" – Cantonese version)
- 2005 – Valid Soroor, "Yar Nazanin" adıyla (fars dilində)
- 2007 – Amr Diab, "El Lilady" adıyla(ərəb dilində)
- 2007 – Puppini Sisters, Montreal Jazz Fest Compilation 2007 (Müxtəlif İfaçılar)
- 2009 – Haifa Wehbe
- 2010 – Paul Byrom of Celtic Thunder
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.