Svyatoy Nos yarımadası

Svyatoy Nos yarımadası (bur. Хилмэн хушуун, rus. Святой Нос) — Baykal gölü ərazisində yerləşən iri yarımada. İnzibati baxımından Rusiya Federasiyası, Buryatiya Respublikası, Barquzin rayonu ərazisinə daxildir. Əhatə etdiyi su sahəsi ilə birlikdə Zabaykal Milli parkı ərazisinə daxildir. Ərazisində ən iri yaşayış məntəqəsi Kurbulıkdır. Yaşayış məntəqələri əsasən adanın şərqində, Civıykuy körfəzi sahilində yerləşir. Yarımadada yerləşən yaşayış məntəqələri:Uroçişe Qlinka, Katun, Kurbulık,

Svyatoy Nos yarımadası
Ümumi məlumatlar
Sahəsi 596 km²
Ən yüksək nöqtəsi 1878 m
Yerləşməsi
53°40′ şm. e. 108°50′ ş. u.
Akvatoriya Baykal
Ölkə  Rusiya
Svyatoy Nos yarımadası xəritədə
Svyatoy Nos yarımadası
Svyatoy Nos yarımadası

Coğrafiya

Yarımadanın sahəsi 596 km², uzunluğu 53 km, ən enli hissəsi 20 km-dir. Ən hündür nöqtəsi Markov dağıdır (1878 m).

Svyatoy Nos yarımadası ərazisindən su ayrıcı Akademik silsiləsi keçir. Silsilə cənub-qərbdən cənub-şərqə istiqamətlənir. Silsilə yarımadanın tən mərkəzindən keçir. Mərkəzi hissədə dağ tundra zonası əmələ gətirir. Yarımada Civırkuy bərzəği ilə materikə birləşir. Bərzəxin eni maksimal olaraq 10 km-dir. Öz növbəsində yarımada isə Civırkuy və Barquzin körfəzlərini bir birindən ayırır. Bir necə min il öncə Svyatoy Nos bir ada olmuşdur. Sonradan yarımadaya çevrilmişdir. Səbəb isə Malıy Civırkuy və Barquzin çaylarınıngətirdiyi lil və qum olmuşdur. Nəticədə Civırkuy bərzəxi meydana gəlmişdir[1]. Bərzəxdə Sor körfəzi yerləşir ki, onda Civıykuy körfəzi ilə əlaqələnir.

Yarımadada isti termal məbələr vardır. Üstəlik bərzəxdə yerləşən Kulin bataqlığı əsrarəngiz qrifonları ilə seçilir[2].

Yarımada ərazisində yerləşən ən böyük çay Krestovskaya çayıdır. Çay Zmeynıy Cıvırkuy buxtasına tökülür. Burtuy çayı isə bərzəx ərazisində yerləşən Aranqatuy gölünə axır. Yarımada ərazisindən çoxlu sayda çaylar axır ki, onlarda hündürlündə axaraq gölə tökülürlər.

Maxovo qəsəbəsindən yarımadanın zirvəsinə cığır gedir. Zirvədən Uşangi adası və Barquzin silsiləsinə gözəl mənzərə açılır.

Yarımada sahillərində yerləşən körfəzlər:Kultuk, Civıykuy, Zmeyinaya, Onqokonskaya, Fertik, Sorojya, Markov. Yarımada ərazisində yerləşən burunlar:Bratski, Kanayev, Orlovıy, Verxneyeİzqolovıye, Fertik, Onqokonski, Qoryaçinski, Kurbulık, Osinovıy, Pokoyniki, Kulyomnıy, Osinovıy, Nijney İzqolovıye, Tolstıy, Rıtıy, Markov, Bokovıy Razbor.

Tarixi

Buryatiya şamanları ilk əvvəllər Svyatoy Nos yarımadasında ayinlər keçirirdilər. Buryat dilində yarımadanın adı Xilmen xuşuun adlanır ki, bu da tərcümədə "nərə üzü" mənasını verir.

Ruslar yarımadanı burun hesab edilərək Svyatoy Nos olaraq adlandırmışlar[2].

1981-ci ildə Svyatoy Nos yarımadasında İl-14 təyyarəsi dağ massivi ilə toqquşmuşdur. Nəticədə 48 nəfər həlak olur.

İstinadlar

  1. "Святой Нос Байкала". 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  2. "Полуостров Святой Нос". 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.