Svetlana Aleksiyeviç
Svetlana Aleksandrovna (31 may 1948[1][2][…], İvano-Frankovsk[1][2][…]) — Ukrayna əsilli Belarus yazıçısı, 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Svetlana Aleksandrovna | |
---|---|
rus. Светлана Александровна Алексиевич | |
Doğum tarixi | 31 may 1948[1][2][…] (75 yaş) |
Doğum yeri | Stanislav, Ukrayna SSR, SSRİ |
Vətəndaşlığı | Belarus |
Fəaliyyəti | yazıçı, publisist |
Əsərlərinin dili | rus dili |
İstiqamət | ədəbi realizm |
Janrlar | povest[d] |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları |
|
alexievich.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Atası rus, anası ukraynalı olan yazar 1948-ci ildə Ukraynanın Stanislav şəhərində anadan olub. Uşaqlığını Rusiyada keçirmiş yazıçı 1972-ci ildə Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Universiteti bitirdikkdən sonra o, bir sıra yerli mətbuat orqanlarında, qəzetlərində çalışıb. Belarusiyanın paytaxtı Minsk şəhərində “Neman” adlı ədəbiyyat jurnalında müxbir kimi fəaliyyət göstərib.
Yaradıcılığında əsas xətti müharibə mövzusu təşkil edir. Yazıçı jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə İkinci Cahan Savaşına, Sovet-Əfqan müharibəsinə, Çernobıl faciəsinə, SSRİ-nin dağılmasına yaxından şahidlik etmiş şəxslərlə bir sıra müsahibələr aparıb. Az sonra yazıçının Jurnalist fəaliyyəti Lukaşenko hakimiyyətini ciddi narahat etdiyindən yazıçı təzyiqlərlərlə üzləşməyə başlayır. Belə ki, 2000-ci ildə haqqında cinayət işi qaldırılır. Məhz bu səbəbdən ölkəsini tərk etmək məcburiyyətində qalmış yazıçı həyatının sonrakı on ilini mühacir kimi Fransanın Paris,Almaniyanın Gothenburq, Berlin şəhərlərində yaşamaqla keçirir. Yalnız, nəhayət 2011-ci ildə ölkəsinə, Minsk şəhərinə geri qayıtmağa nail olur.
Yazıçının əsərlərində daha çox SSRİ dövründə yaşamış insanların respublika dağıldıqdan və dağılmamışdan qabaqki həyatları təbliğ olunur. Xüususilə də sovet-əfqan müharibələrindən bəhs edən “Sink uşaqlar” (“The boys of Zinc”) , Çernobil hadisələrinin yer aldığı “Çernobildən səslər” adlı kitabları yazıçının yaradıcılığında mühüm yer tutur.
O, 1985-ci ildə Müharibə qadın simalı deyil əsərini yazır. Kitab qısa müddət ərzində populyarlaşaraq, 2 milyondan çox oxucu qazanır. Əsər bir qadının monoloqu üzərində qurulmaqla, müharibədən sonrakı həyatı əks etdirir.
Yazıçının digər bir kitabı “ Son şahidlər: Uşaqlıqdan uzaq düşmüş xatirələr” adlanır. Burda da müharibə görmüş uşaqların və qadınların taleyindən söhbət açılır.
“Ölümlə ovsunlananlar” adlı digər bir romanı da onun yaradıcılığının önəmli əsərlərindən sayılır. Burada SSRİ-nin dağılmnasından sonra ümidsizliyə qapılıb intihar edən insanların acı talelərindən danışılır.
Yazıçının əsərləri dünyanın 19 dilində tərcümə edilib. Kitablardan əlavə o, 21 sənədli film, 3 teatr tamaşasının ssenari müəllifidir. Onun yazdığı ssenarilər Bolqarıstan, Almaniya, Fransa teatrlarında da səhnələşdirilib.
Xarici keçidlər
İstinadlar
- Кто есть кто в Республике Беларусь (pol.). / tər. B. Siegień Białystok: Podlaski Instytut Wydawniczy, 2000. S. 14. 313 s. ISBN 978-83-913780-0-7
- Беларуская энцыклапедыя: У 18 т. Т. 1: А — Аршын (belar.). Мінск: 1996. C. 1. S. 243. 552 s. ISBN 978-985-11-0036-7
- Кто есть кто в Республике Беларусь (pol.). / tər. B. Siegień Białystok: Podlaski Instytut Wydawniczy, 2000. S. 1985. 313 s. ISBN 978-83-913780-0-7