Yekaterinburq
Yekaterinaburq (1924–1991 Sverdlovsk) — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.Şəhər statuslu Yekaterinburq Ural iqtisadi rayonunun iri inzibati, mədəni, elmi-tədris mərkəzlərindən biri sayılır[4].
Yekaterinburq | |
---|---|
Екатеринбург | |
56°50′08″ şm. e. 60°36′46″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1723 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 237 m |
İqlimi | Kontinental iqlim |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 343 |
Poçt indeksi | 620000–620999 |
Nəqliyyat kodu | 66, 96, 196 |
Digər | |
ekburg.ru | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər İseti çayının sahilində,Orta Uralın şərqində yerləşdirilmişdir.
1723-cü il 7 noyabrda (18 noyabr) əsası qoyulmuşdur. Ad imperatriçə Birinci Yekaterinanın şərəfinə verilmişdir. II Yekaterina 1781-ci ildə Yekaterinburqa Perm quberniyasının qəza-şəhər statusunu verdi.
Yekaterinburq, XIX sonu XX əsrin əvvəllərində Uralda inqilabi hərəkat mərkəzlərindən biri idi.Sovet illərində ölkənin güclü sənaye və inzibati mərkəzinə çevrilmişdir. Şəhər Böyük Vətən müharibəsində Sovet İttifaqının qələbəsinə böyük töhfə verib.Müharibə illərdə Ural zavodu ağır maşınqayırmanın və zirehli texnikanın istehsalına görə ən böyük sovet istehsalçıları sırasına daxil idi.
Yekaterinburq şəhəri Rusiyada əhali sayına görə (Moskva, Sankt-Peterburq və Novosibirskdən sonra) 4-cü yerdədir. Yekaterinburq Rusiyanın dördüncü böyük aqlomerasiyasıdır. Ölkənin ən inkişaf etmiş üç post-sənaye aqlomerasiyasından biridir.
Ölkənin ən böyük nəqliyyat və logistika mərkəzlərindən biri (beynəlxalq hava limanı, Trans-Sibir Dəmir Yolu və şəhərdən keçən 6 federal magistral), optik-mexanik sənayesi, alət istehsalı və ağır mühəndislik, metallurgiya, çap, yüngül və yeyinti sənayesi, hərbi sənaye kompleksi mühüm sənaye mərkəzidir.
Ekaterinburq ən mühüm inzibati mərkəzdir. Burada Mərkəzi Hərbi dairənin qərargahı, Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Rəyasət Heyətinin və 35 federal hökumətin ərazi orqanları yerləşir [5]. Bura "Uralın paytaxtı"da adlanır[6].
Şəhər 2018-ci ildə futbol üzrə dünya çempionatının sahiblərindən biri olub.
Tarixi
Ural dağlarından Sibirin dərinliklərinə qədər rahat nəqliyyat marşrutu kimi xidmət edən İset çayının ətrafı uzun müddət mühacirləri burda məskunlamağa cəlb edirdi. Müasir Yekaterinburq ərazisindəki aşkar edilmiş yaşayış yerlərindən ən qədim yaşayış yeri "Palkinskiy daş çadırları" (Palkino və EKAD qəsəbəsi yaxınlığında) ərazisində yerləşir və eramızdan əvvəl 6-cı minilliyə aiddir. İset çayı ətrafında yerləşən qayalıq massivi, təbii bir istehkam kimi də xidmət edirdi.Qəsəbənin ərazisində yaşayış yerlərinin qalıqları, əmək alətləri, ziyarətgah kompleksləri, məzarlarlıqlar aşkar edilmişdir.B.E.Ə VII-III əsrlərdən etibarən qədim sənətkarlar Daş çadırlarda yaşayır və mis əritmə işlərini mənimsəyirdilər. Burada heyvanların, insanların, quşların mis fiqurları, ox ucluqları,müxtəlif məişət əşyaları tapılmışdır. Sonra insanlar dəmir məmulatları hazırlamağı öyrəndilər. Bütün aşkarlanan yaşayış məskənləri, ola bilsin ki, işğalçıların basqınları zamanı yanğınlar nəticəsində məhv edilib. Bu ərazidə rus mühacirləri tərəfindən regionun müstəmləkələşdirməsinə qədər şəhər tipli məskənlər movcud olmayıb.
İstinadlar
- archINFORM (alm.). 1994.
- https://web.archive.org/web/20180726010024/http://www.gks.ru/free_doc/doc_2018/bul_dr/mun_obr2018.rar.
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Об установлении границ муниципального образования город Екатеринбург и наделении его статусом городского округа (с изменениями на 12 июля 2007 года), Закон Свердловской области от 12 oktyabr 2004-cü il №95-ОЗ". docs.cntd.ru. 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-10. (rus.)
- "Территориальные органы федерального органа исполнительной власти". Окружной информационный центр аппарата полномочного представителя Президента Российской Федерации в Уральском федеральном округе. 2012-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-06. (rus.)
- Дуреко Е.Ю. Ключевые смыслы «Екатеринбург — столица Урала» в медийном дискурсе (PDF) // Стратегии развития социальных общностей, институтов и территорий . 2 (материалы Международн. науч.-практ. конф. Екатеринбург, 23–24 апреля 2015 г.). Екатеринбург: Изд-во Урал. ун-та. 2015. 124—128. (rus.)