Suzana Lazoviç
Suzana Lazoviç (28 yanvar 1992, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu.[2]
Suzana Lazoviç | |
---|---|
Ümumi məlumatlar | |
Tam adı | Suzana Lazoviç |
Doğum tarixi | 28 yanvar 1992 (32 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 176 sm |
Çəkisi | 72 kq[1] |
Mövqeyi | line player[d] |
Karyerası
Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Daha sonra Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Həmçinin bax
- Monteneqro 2012 Yay Olimpiya Oyunlarında
- Monteneqro 2016 Yay Olimpiya Oyunlarında
İstinadlar
- Olympedia (ing.). 2006.
- "Suzana Lazoviçin tərcümeyi-halı (ing.)". www.sports-reference.com. 15 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2019-cu il.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.