Suxoy Su-29
Suxoy Su-29 (rus. Сухой Су-29), Suxoy şirkəti tərəfindən istehsal edilmiş Rusiya akrobatik təyyarəsdir. Təyyarə, Su-26 təyyarələrinin baza modelinin üzərində yaradılmış və iki nəfərlik olduğu üçün çəkisi 60 kq artmışdır. Su-29 təyyarələri pilotların akrobatik təlimləri, uçuş təlimləri, pilotların akrobatik yarışları və aviasiya şoularında iştirak etmək ilə yanaşı, həm də hərbi və mülki pilotların uçuş qabiliyyətlərinin təkmilləşdirilməsi işlərində də, istifadə edilirlər.
Suxoy Su-29 | |
---|---|
İstehsalçı | Suxoy[d] |
İlk uçuş | 1991 |
İstismarçılar | |
Baza modeli | Suxoy Su-26 |
Vikianbarda əlaqəli mediafayllar |
Modifikasiyaları
Model | Qısa xarakteristika, fərqləri |
---|---|
Su-29KS | SKS-29 (1994) katapult oturacağı ilə təmin olunmuş sınaq modeli |
Su-29M | SKS-29 Katapult oturacağı ilə təmin olunmuş seriyalı istehsal olunan model |
Su-29AR | Argentina Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş versiya |
Texniki xüsusiyyətləri
Ekipaj: 2
Uzunluq: 7.32 m
Qanad enliliyi: 8.2 m
Hündürlük: 2.87 m
Qanad sahəsi: 12.24 m²
Boş çəkisi: 760 kq
Maksimum yükgötürmə qabiliyyəti: 1,100 kq
Mühərrik: 1 ədəd Vedeneyev M14P doqquz silindrli Ulduz tipli mühərrik
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.