Suvacal

SuvacalAzərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.

Suvacal
41°20′44″ şm. e. 48°15′00″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qusar
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.096 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 670 nəf.
Suvacal xəritədə
Suvacal
Suvacal

Toponimikası

Suvacal oyk., mür. Qusar rayonunun Xuray i.ə.v.-də kənd. Qusarçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Suvacal hibrid coğrafi addır, oykonim ləzgi dilindəki sıva (dağ) və türk dillərindəki çal (təpə) sözlərindən ibarət olub, "dağın təpəsi" mənasındadır. Coğrafi ad kəndin fiziki-coğrafi mövqeyini əks etdirir.[1]

Əhalisi

Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Kənddə ləzgi kəndlərindən (gəlin) köçüb gəlmiş ləzgilər də yaşayır.

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.