Sust yaşayış yeri

SustNaxçıvan Muxtar Respublikasının Babək rayonunda keçmiş eyniadlı kəndinin şimal-qərbində orta əsrlərə aid yaşayış yeri.[1]

Bu məqalə Naxçıvan MR-nın Sust yaşayış yeri haqqındadır. Digər mənalar üçün Sust səhifəsinə baxın.

Tarixi

1979-cu ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən tədqiq edilmişdir. Sahəsi təqribən 6 ha-dır. Mədəni təbəqənin qalınlığı 2 m-dən çoxdur. Təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, əsasən, çiy kərpic (bişmiş kərpicə də təsadüf edilmişdir), qalıqları, şirli və şirsiz gil qab məmulatı ilə zəngindir. Şüşə məmulatı fraqmentlərinə də rast gəlinmişdir. Sust yaşayış yerinin XV-XVII əsrlərə aid olduğu ehtimal edilir. Sust yaxınlığında "Qaş" adlı yerdə çox güman ki, IX-XVII əsrlərə aid duzdağ mədəni qeydə alınmışdır. Yaşayış yeri hazırda duz karxanası tərəfindən dağıdılmışdır.

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 281. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.