Suspenziya

Suspenziya - qaba dispers sistemlərdə dispers mühiti maye, dispers fazanı isə həll olmayan bərk maddə hissəcikləri təşkil edir. Məsələn, natrium-karbonat məhluluna kalsium-xlorid məhlulu əlavə edilərsə, süd rəngdə maye- kalsium-karbonatın çox kiçik hissəciklərinin suda qarışığı alınır.

Qan suspenziyası
Pivə suspenziyası

Na2CO3 + CaCl2 = CaCO3↓ + 2NaCl

Bu qayda ilə hazırlanmış suspenziya sakit qaldıqda bir müddət sonra kalsium-karbonat qabın dibinə çökür.

Sedimentasiya

Narın əzilmiş gilin suda qarışığı çalxalandıqda, həmçinin suspenziya alınır. Suspenziyanın dispers fazası filtirləmə və ya onun bir yerdə sakit saxlanılması zamanı ayrılır. Suspenziyanın dispers fazasının belə ayrılmasına "sedimentasiya" deyilir. Bu prosesin sürəti hissəciklərin ölçüsündən asılı olaraq müxtəlif olur. Hissəciklər iri olduqda onların ayrılması da sürətlə gedir.

Mineral suspenziya (su-kömür suspenziyası) bir mayedə (adətən suda) bərk materialın hissəciklərindən əmələ gələn kompozit dispers sistemdir.

Davamlılığı

Suspenziyanın davamlılığını artırmaq məqsədilə ona stablizator (elektrolitlər və səthi-aktiv maddələr) daxil edilir.

Suspenziyanın özlülüyü

Süspansiyanın özlülüyü çəki verən maddənin həcm konsentrasiyasının və onun dispersiyasının artması ilə artır və çəki verən maddənin təbiətindən və onun sıxlığından asılı deyildir.

Tətbiqi

Suspenziyalar bir sıra sahələrdə mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatında kükürdün, arsen, mis və s. elementlərin birləşmələrinin suspenziyası insektisid və funksidlər kimi tətbiq edilir. Əczaçılıqda istifadə edilən bir sıra dərman preparatları suspenziya şəklində olur.

Suspenziya torpağın və çökmə süxurların əmələ gəlməsində böyük rol oynayır.

Mənbə

  • Z.Qarayev "Qeyri-üzvi kimya" Maarif-1975
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.