Susan Voycicki
Susan Dayan Voycicki[lower-alpha 1] (ing. Susan Diane Wojcicki; 5 iyul 1968[1][2], Santa Klara qraflığı, Kaliforniya) — 2014-2023-cü illərdə YouTube-un baş icraçı direktoru (CEO) olmuş amerikalı biznesmen. Onun sərvəti 2022-ci ildə 765 milyon dollar olaraq qiymətləndirilir.[4]
Susan Voycicki | |
---|---|
![]() | |
Doğum tarixi | 5 iyul 1968[1][2] (55 yaş) |
Doğum yeri | |
Uşağı | 5[3] |
Təhsili |
|
Fəaliyyəti | biznes ledi, menecer |
![]() |
|
![]() |
Voycicki iyirmi ildən çoxdur ki, texnologiya sənayesində çalışır.[5][6] O, 1998-ci ildə qarajını şirkətin təsisçilərinə ofis kimi icarəyə verərək Google-un yaradılmasında iştirak edib. 1999-cu ildə Google-un ilk marketinq meneceri kimi çalışıb və daha sonra şirkətin onlayn reklam biznesinə və orijinal video xidmətinə rəhbərlik edib. YouTube-un uğurunu müşahidə etdikdən sonra o, Google-un onu almasını təklif edib və 2006-cı ildə müqavilə 1,65 milyard dollara təsdiq edilib. O, 2014-cü ildə YouTube-un baş icraçı direktoru təyin edilib və 2023-cü ilin fevralında istefaya gedənə qədər bu vəzifəni icra edib.[7][8]
Erkən həyatı
Susan Dayan Voycicki 5 iyul 1968-ci ildə Santa-Klara qraflığında anadan olub.[9] Anası amerikalı jurnalist Ester Voycicki, atası Stenford Universitetinin polşalı fizika professoru Stenli Voycickidir.[10] Ana tərəfdən olan nənə və babası rus yəhudi mühacirləri idi.[11] Ata nənəsi Yanina Voycicka Hoskins, Konqres Kitabxanasında kitabxanaçı idi və ABŞ-da Polşa ilə əlaqəli materialların ən böyük kolleksiyasının yaradılmasına cavabdeh idi.[12] Susanın iki bacısı var: antropologiya və epidemiologiya elmləri doktoru Canet[13] və 23andMe şirkətinin həmtəsisçisi və baş direktoru olan Enn.[14][15]
Voyçiçkinin uşaqlığı Stenford kampusunda keçib. Riyaziyyatçı alim Corc Dantziq onun qonşusu olub.[16] Kaliforniyanın Palo-Alto şəhərində Gunn High Liseyində oxuyub və məktəb qəzetində yazılar yazıb.[17] Onun ilk biznesi on bir yaşında qapı-qapı gəzərək ip satmaq olub.[18] Kollecdə humanitar fənlər üzrə ixtisaslaşıb və ilk kompüter elmləri dərsini yuxarı kursda oxuyarkən alıb. Harvard Universitetində tarix və ədəbiyyat üzrə təhsil alıb və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. O, əvvəlcə iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi almaq və akademiyada karyera qurmağı planlaşdırırdı, lakin texnologiyaya olan marağına görə planlarını dəyişib.[16] O, həmçinin 1993-cü ildə Kaliforniya Universitetində, Santa Cruz-da iqtisadiyyat üzrə magistr dərəcəsini və 1998-ci ildə UCLA Anderson İdarəetmə Məktəbində magistr dərəcəsini qazanıb.[19]
Qeydlər
- və ya Voyçiçki
İstinadlar
- Lewis R. Susan Wojcicki // Encyclopædia Britannica (ing.).
- Susan Wojcicki // Munzinger Personen (alm.).
- https://www.forbes.com/profile/susan-wojcicki/.
- "#34 Susan Wojcicki". Forbes (ingilis). August 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 9, 2022.
- "YouTube's Susan Wojcicki: 'Where's the line of free speech – are you removing voices that should be heard?'". the Guardian (ingilis). August 10, 2019. January 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2021.
- Connley, Courtney. "YouTube CEO Susan Wojcicki: Here's what to say when men are talking over you at a meeting". CNBC (ingilis). August 20, 2019. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2021.
- Elias, Jennifer. "YouTube CEO Susan Wojcicki says she's stepping down". CNBC. February 16, 2023. May 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2023.
- "YouTube CEO Wojcicki, one of the first Google employees, steps down". Reuters. February 16, 2023. February 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2023.
- "California Births, 1905 - 1995". Familytreelegends.com. June 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2014.
- Clifford, Catherine. "How Anne and Susan Wojcicki's parents raised the founder of 23andMe and the CEO of YouTube". CNBC (ingilis). June 18, 2018. January 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2019.
- Tramiel, Preeva. "Esther Wojcicki: A Jewish mother of the tech revolution". January 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2017.
- Zalewski, Wojciech. "Janina Wójcicka Hoskins (1912–1996): Portrait of an Esteemed Librarian". Slavic & East European Information Resources. 12 (4). October 1, 2011: 224–236. doi:10.1080/15228886.2011.623117. ISSN 1522-8886.
- Sellers, Patricia. "Before Google, the Wojcicki girls learned from Mom". Fortune.com. February 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 16, 2014.
- I raised 2 successful CEOs and a doctor—here’s one of the biggest mistakes I see parents making Arxivləşdirilib sentyabr 5, 2019, at the Wayback Machine, Esther Wojcicki, Published Wed, May 8, 2019, cnbc.com.
- Clifford, Catherine. "How Anne and Susan Wojcicki's parents raised the founder of 23andMe and the CEO of YouTube". CNBC (ingilis). June 18, 2018. January 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2019.
- Laporte, Nicole. "The Woman Behind the Superlatives: Three Things You Need to Know About Susan Wojcicki". The Fast Company. August 6, 2014. August 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.
- Sellers, Patricia. "Before Google, the Wojcicki girls learned from Mom". Fortune Magazine. February 1, 2012. February 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.
- "Susan Wojcicki". Forbes (ingilis). October 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2017.
- Swift, Mike. "Susan Wojcicki: The most important Googler you've never heard of". San Jose Mercury News. February 7, 2011. August 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.