Sus (Laçın)
Sus — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd.[2]
Sus | |
---|---|
39°37′48″ şm. e. 46°30′40″ ş. u. | |
Ölkə | |
Region | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
Oykonim "sulu yer" mənasındadır.[3]
Tarixi
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Sus kəndi mahalın bir hissəsi olmuşdur.[4] Kürdüstan qəzası ləğv edildikdən sonra Sus Laçın rayonunun tərkibinə daxil edilmişdir.[5]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[6] 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşmüşdür. 2022-ci il avqustun 26-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[7]
Coğrafiyası
Sus kəndi Həkəri çayının sağ və Zabux çayının sol sahilində, Qarabağ vulkanik yaylasında yerləşir.[3]
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik idi.[8] Həkəri çayı boyunca yüzlərlə tut, alma, gilas ağacları var idi. Əvvəllər kənd sakinləri tütünçülük və baramaçılıqla da məşğul olurdular.
Əhalisi
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[9]
Həmçinin bax
İstinadlar
- https://artsakhlib.am/en/2018/06/06/%D5%BF%D5%A5%D5%B2%D5%A5%D5%AF%D5%A1%D5%BF%D5%B8%D6%82-%D5%AC%D5%B2%D5%B0-%D5%BE%D5%A1%D6%80%D5%B9%D5%A1%D5%BF%D5%A1%D6%80%D5%A1%D5%AE%D6%84%D5%A1%D5%B5%D5%AB%D5%B6-%D5%B4%D5%AB%D5%A1%D5%BE%D5%B8/.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Sus (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
- Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
- Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- "Azerbaijani forces are stationed in Lachin, Karabakh: President Aliyev". Daily Sabah (ingilis). 26 August 2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- Hakob Ghahramanyan. "Directory of socio-economic characteristics of NKR administrative-territorial units (2015)". 2019-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- Кавказский календарь на 1856 год (rus). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.