Surxay Musayev

Surxay Novruz oğlu Musayev (1 fevral 1951, Füzuli, Samux rayonu29 aprel 2023[1]) — professor (1992), "əməkdar həkim" (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010)[2]

Surxay Musayev
Doğum tarixi 1 fevral 1951(1951-02-01)
Doğum yeri
Vəfat tarixi 29 aprel 2023(2023-04-29)[1] (72 yaşında)
Elm sahəsi Tibb
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar həkimi Azərbaycan Respublikasının əməkdar elm xadimi

Həyatı

Surxay Musayev 1951-ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur. 1967-ci ildə Samux rayon M. Ə. Sabir adına orta məktəbi bitirmişdir. Bir il sovxozda fəhlə işləmişdir.

1968-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet)pediatriya fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1974–1977-ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977–1985-ci illərdə assistent, 1986–1992-ci illərdə dosent vəzifəsində işləmiş, 1992-ci ildən professor vəzifəsində işləyir.

Eyni zamanda 1974–82-ci illərdə universitet komsomol təşkilatına, 1983–88-ci illərdə universitet partiya komitəsinə, 1994–2010-cu illərdə universitet həmkarlar ittifaqı komitəsinə rəhbərlik etmişdir. 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyası müdafiə etmişdir.

150-dən çox elmi əsırin müıəllifidir. Rəhbərliyi altında 5 elmlər namizədi hazırlanmış, 4 nəfər gənc tədqiqatşı namizədlik dissertasiyası üzərində işləyir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "əməkdar həkim",2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülmüşdür.

2010-cu ilin aprel ayından Azərbaycan Respublikası Prezidenti cənab İ. Əliyevin Sərəncamı əsasında yaradılmış Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunmuşdur.

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.