Suriyanın dövlət quruluşu

Suriyanın dövlət quruluşu - 1973-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Suriya Arab Respublikası
الجمهوريّة العربيّة السّوريّة
(Al-Jumhuriya al-`Arabiya as-Suriya)
(In Detail)
National Motto:
Rəsmi dilƏrəb dili

Rəsmi din İslam

PaytaxtDəməşq
PrezidentBəşşar əl-Əsəd
Ərazi
 - Ümumi
 - % Su
88-cı yer
185,180 km²
0.06%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
55-ci yer
21,377,000
93/km²
PulSuriya pound
Saat qurşağıUTC +2
Internet TLD.sy
Telefon kodu963

Dövlət quruluşu

Suriya dualist formada idarəetmə üsuluna malik respublikadır. Suriyanın bütün siyasi partiyaları islahatçı sosializm kursuna sadiqliyini bəyan etməlidirlər. Milli bayram günü olan müstəqillik günü (1946) 17 apreldə qeyd olunur. Suriya Ərəb Respublikasının 13 mart 1973-cü il tarixində qəbul edilmiş Konstitusiyasında Ərəb Sosialist İntibah Partiyasının (BƏƏS) aparıcı rolu təsbit edilmişdir.

İnzibati bölgüsü

Başçıları Nazirlər Şurasının təsdiqindən sonra daxili işlər naziri tərəfindən təyin olunan və hər birinin yerli Parlamenti seçilən 14 muhafazlığa (Dəməşq, Rif Dəməşq, Deyr-əz-Zur, Dəra, İdlib, Lazkiyə, Ər-Rəqqə, Tərtus, Hələb, Həma, Əl-Həsəkə, Hims, Qüneydrə və Əs-Suveydə) bölünür

Dövlət başçısı

Prezidentin namizədliyi Ərəb Sosialist İntibah Partiyasının (BƏƏS) zəmanəti ilə Xalq Şurası (Parlament) tərəfindən irəli sürülür və ümumxalq referendumunun təsdiqinə təqdim olunur. Bir qayda olaraq dövlət başçısı BƏƏS partiyasının Baş katibi olur.

Respublika Prezidenti vəzifəsinin boşaldıldığı və vitse-prezidentin (Konstitusiyaya əsasən Prezident bir və ya iki vitse-prezident təyin edir) olmadığı təqdirdə, Prezidentin səlahiyyətlərini yeni Prezidentin seçilməsi ilə əlaqədar referendumun çağırılmasına qədər Nazirlər Şurasının sədri icra edir. Mövcud Konstitusiyaya görə, referendum 90 gün ərzində çağırılmalıdır. Prezident səlahiyyətlərinin müddəti, məhdudiyyətsiz sayda seçilmək şərti ilə 7 ildir.

Prezident - Nazirlər Şurasını təyin etmək, hərbi və ya fövqəladə vəziyyət elan etmək, qanunları imzalamaq, Konstitusiyaya düzəliş etmək, amnistiya vermək, dövlət qulluqçularını və hərbçiləri təyin etmək səlahiyyətinə malikdir. Prezident ölkənin xarici siyasətini müəyyən edir və silahlı qüvvələrin ali baş komandanı sayılır. Konstitusiyaya görə, Suriya Prezidenti yalnız müsəlman olmalıdır.

Qanunvericilik hakimiyyəti

Suriyada qanunvericilik hakimiyyəti, 15 müxtəlif dairədən ümumi, birbaşa və gizli səsvermə yolu ilə 4 il müddətinə seçilən, 250 millət vəkilindən ibarət birpalatalı qanunverici orqan - Xalq Şurası (Parlament) tərəfindən həyata keçirilir.

Parlament, BAAS partiyasının regional rəhbərliyinin təklifi ilə Prezidentin namizədliyini irəli sürməkdə, qanunların hazırlanması və qəbul edilməsində, Hökumətin daxili və xarici siyasətinin müzakirəsində, dövlət büdcəsinin və cari inkişaf planlarının təsdiqlənməsində, habelə Hökumətə və ayrı-ayrı nazirlərə etimadsızlıq göstərməkdə səlahiyyətlidir.

İcraedici hakimiyyət

Prezident və Nazirlər Şurası tərəfindən icra edilir. Nazirlər Şurasının sədri və digər nazirlər Prezident qarşısında məsuliyyət daşıyırlar. Nazirlər Şurası - İcraedici hakimiyyətin ali orqanıdır.

Nazirlər Şurası Prezidentlə birlikdə ölkənin xarici siyasətinin planlaşdırmasında iştirak edir; istiqamətləndirir, koordinasiya edir, nazirliklərin və digər dövlət müəssisələrinin fəaliyyətinə nəzarət edir; dövlət büdcəsinin, inkişaf planlarının və qanunların layihələrini müzakirə edir.

Məhkəmə hakimiyyəti

Suriyanın məhkəmə-hüquq sistemi İslam, Osmanlıfransız ənənələrinin unikal qarışığını özündə əks etdirir

Ölkənin məhkəmə sisteminin ən yüksək orqanı sayılan Konstitusiya Məhkəməsi beş hakimdən ibarətdir, onlardan dördü dövlət başçısı tərəfindən təyin olunur, 5-ci hakim isə Suriya Prezidentinin özüdür. Hakimiyyətin hər üç qolu ölkə Prezidentinin əlində cəmlənmişdir.

Mənbə

  • Хлюстов М. В. От мира до войны. Очерк политической истории Сирии в ХХ и начале ХХI века. Аналитический доклад. — М.: Центр стратегических оценок и прогнозов, 2013
  • Население мира. Этнодемографический справочник. Автор: Соломон Ильич Брук. Ответственный редактор: доктор исторических наук, профессор П. И. Пучков. Академии наук СССР. Институт этнографии имени Н. Н. Миклухо-Маклая. Москва: Издательство «Наука», 1981,
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.