Suriya sarımsaqiyli qurbağası

Suriya sarımsaqiyli qurbağası (lat. Pelobates syriacus) — quyruqsuzlar dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir tapılan və sayı getdikcə azalmaqda olan növdür. Qafqaz endemikidir.[3]

Suriya sarımsaqiyli qurbağası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Suriya sarımsaqiyli qurbağası
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  664731
NCBI  233776
EOL  1048335

Qısa təsviri

Bədənin uzunluğu 90 mm-ə çatır. Gözlərinin arasında alnı yastıdır. Gözləri çox iri və qabarıqdır, qızılı rəngli şaquli bəbəyə malikdir. Arxa ayaqlarının barmaqlarını birləşdirən qabarlar sarımtıl rəngdədir. Dərisi hamardır, rəngi üst tərəfdən zeytuni-boz, bəzən sarımtıl rəngdə, düzgün olmayan formalı tünd yaşıl xalları vardır. Qarın ağımtıl, xalsızdır. Arxa ətraflarının barmaqları arasındakı pərdənin dərin kəsikləri vardır. Erkəklər dişilərdən kiçikdir.[4]

Yayılması

Arealı şimaldan Balkan yarımadasından YuqoslaviyaRuminiyaya qədər, cənubda Ön Asiyadan İsrailə qədər, şərqdə İrana qədər çatır. Keçmiş SSRİ-də Cənubi Qafqazda rast gəlinir. Bu yaxınlarda Dağıstan Respublikasının cənubunda (Samurçayın deltasında) tapılmışdır. Azərbaycanda Xəzər dənizi sahilboyu cənub-şərqdə (Astaradan Salyana qədər), şimal-şərqdə (Şabrandan Xaçmaza qədər) və Naxçıvanda rast gəlinir. Azərbaycanın cənub şərqində və Naxçıvan MR-də yayılmışdır.

Yaşayış yeri

Yarımsəhra zonasında və bəzən dağ düzlərində, daimi və müvəqqəti su mənbələrinin sahilləri boyunca yaşayır. Başlı-başına buraxılmış kanallarda da müşahidə edilir. Yumşaq torpaq sahələrinə üstünlük verir. Bəzən daşlıq torpağı olan yerlərdə yaşaya bilir.

Sayı

Lazımi dərəcədə öyrənilməmişdir.

Ekologiyası

Quraqlıq iqlimi olan bölgələrdə, yarımsəhralarda yaşayır. Axar və durğun su hövzələrinin sahillərində tapılır. Yumşaq torpaqlara üstünlük verərək, qazıcı həyat tərzi keçirir, ancaq bərk daşlıq yerlərdə də yaşaya bilir (Naxçıvan MR). Xəzər dənizinin sahillərindəki qum təpələrində və onların ətrafında rast gəlinir. Gecə və toranlıqda gizli həyat tərzi keçirir. Gündüz daşların və ağac kötüklərinin altında, gəmiricilərin yuvalarında və ya torpaqda qazdıqları yuvalarda (10-25 sm-ə qədər) gizlənir. Daimi sığınacaqları yoxdur. Səhər olduğu yeri arxa ətrafları ilə qazaraq, şaquli şəkildə torpağa girir. Kürütökmə martın sonundan iyulun əvvəlinə qədər qurumayan su hövzələrində baş verir. Mayalanması xaricidir. Bu vaxt erkəklərin çiynində ovalşəkilli vəzilər əmələ gəlir. Dişilər uzunluğu 3 m-ə qədər olan kürü qaytanları bitkilərin üzərinə, ya da su hövzələrinin dibinə qoyurlar. Kürünün sayı 1800-6000-ə qədər olur. Kürünün inkişafı 7-10 gün çəkir. Bədən uzunluğu 165 mm-ə çatan çox iri çömçəquyruqlar 70-85 gün inkişaf edirlər. Bəzən onlar qışlayırlar. Bir yaşında bədənin uzunuluğu 25-35 mm-ə çatır.[5] Qışlamaya oktyabr-noyabrda gedir. Qışlamaq üçün torpaqda dərinliyi 40-70 sm olan yuva qazır, ya da daşların və ağac kötüklərinin altında gizlənir. Əsasən quruda yaşayan cücülərlə (düzqanadlılar və sərtqanadlılar), molyuskalarla, soxulcanlarla və başqa onurğasızlarla qidalanır.

Çoxalması

Kürülərini martın ikinci yarısından mayın axırına qədər tökür. İyunun ortalarında respublikanın cənub-şərq rayonlarında iri çömçəquyruqlara (80-165 mm) rast gəlmək olar. İnkişaf 70-85 gün ərzində gedir. Hərdən çömçəquyruqlar qışlayırlar.

Düşmənləri

Adi və suilanı.

Sayının dəyişilmə səbəbləri

İnsan fəaliyyətinin təsiri nəticəsində təbii yaşayış yerlərinin qurudulması və şumlanması.

Qorunması üçün zəruri tədbirlər

Xüsusi tədbirlər hazırlanmamışdır

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. Dufresnes C., Strachinis I., Tzoras E., Litvinchuk S. N., Denoël M. Call a spade a spade: taxonomy and distribution of Pelobates, with description of a new Balkan endemic (ing.). // ZooKeys / T. L. Erwin Sofia: Pensoft Publishers, 2019. Vol. 859, Iss. 859. P. 131–158. ISSN 1313-2989; 1313-2970 doi:10.3897/ZOOKEYS.859.33634 PMID:31327926
  3. Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013
  4. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: Elm, 2004, s. 172 - 173;
  5. Ананьева Н.Б., Боркин Л.Я., Даревский И.С., Орлов Н.Л.. Земноводные и пресмыкающиеся. Энциклопедия природы России. М.: ABF, 1998, с. 64 - 66.

Ədəbiyyat

  1. Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013
  2. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: Elm, 2004, s. 172 - 173;
  3. Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Баку: Элм, 1978, с. 19 - 20;
  4. Ананьева Н.Б., Боркин Л.Я., Даревский И.С., Орлов Н.Л.. Земноводные и пресмыкающиеся. Энциклопедия природы России. М.: ABF, 1998, с. 64 - 66.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.