Suren Ayvazyan
Suren Baxşiyeviç Ayvazyan (erm. Սուրեն Բախշիի Այվազյան; 9 yanvar 1915[1][2], Xınzırək, Zəngəzur qəzası[1][2] – 20 may 1981[2], İrəvan[2]) — erməni şair, yazıçı, jurnalist və tərcüməçi.
Suren Ayvazyan | |
---|---|
erm. Սուրեն Բախշիի Այվազյան | |
Doğum tarixi | 9 yanvar 1915[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 20 may 1981[2] (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1937-ci ildən |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Suren Baxşiyeviç Ayvazyan 1915-ci il yanvarın 9-də Zəngəzur qəzasının (indiki Ermənistanın Sünik mərzi) Xınzırək kəndində anadan olmuşdur. 1934-cü ildə Gorus pedaqoji məktəbini bitirmiş, Xanazax kəndində müəllim olaraq çalışmışdır. 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Böyük Vətən müharinəsində iştirak etmişdir. 1945-ci ildən Azərbaycan KP MK-nin Bakıda erməni dilində çıxan orqanı "Kommunist" qəzetində çalışmışdır. 1953-cü ildən İrəvanda yaşamışdır.
20 may 1981-cü ildə İrəvan şəhərində vəfat etmiş, doğma kəndində bastırılmışdır.
Yaradıcılığı
1937-ci ildən çap olunur. İlk hekayələr toplusu "Yarımçıq xalça" (1947), "Xoradzor" (1951) Bakıda nəşr olunmuşdur. "Dərələrin səsi", "Səssiz lalələr", "Kanyonda", "Kədər" və başqa hekayələrində incə psixoloji təhlillərlə qəhrəmanların daxili aləmini açır.[3] "Dağlılar" (1955), "Vicdan" (1957), "Həyat mənə yar ol" (1962), "Sabahınız xeyir" (1964) və s. romanların müəllifidir. "Ermənilərin taleyi" (1966) tarixi romanında XVIII əsrdə erməni xalqının yaşam mübarizəni təsvir etmişdir. Onun bir sıra əsərləri rus, ukrayn, eston və Azərbaycan dillərinə tərcümə edilmişdir.
Suren Ayvazyan Cəlil Məmmədquluzadənin hekayə və pyeslərini Azərbaycan dilindən erməni dilinə çevirmişdir ("Əsərləri" ("Երկեր"). Yerevan: Haypethrat, 1958[4]; "Əsərləri" ("Երկեր"). Yerevan: Hayastan, 1966[5]).
Əsərləri
- Անավարտ գորգը (Yarımçıq xalça). Bakı: Azərnəşr, 1947;
- Խորաձորցիք (Xoradzor). Bakı: Azərnəşr, 1951;
- Ճակատագիրն հայոց (Ermənilərin taleyi). Yerevan: Hayastan, 1966;
- Həyat mənə yar ol. Bakı: Azərnəşr, 1967;
- Dərələrin səsi. Bakı: Gənclik, 1972;
- Bizim günəşli dağlar. Bakı: Gənclik, 1975;
- Судьбы армян. Москва: Советский писатель, 1976.
İstinadlar
- Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- Erməni Qısa Ensiklopediyası (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
- Ermənistan Sovet Ensiklopediyası. I. 1974. səh. 349.
- Երկեր : [Պատմվածքներ; Պիեսներ] / Ջ. Մամեդկուլիզադե; Թարգմ. ադրբեջ.՝ Ս. Այվազյան; Խմբ.՝ Վ. Դաքեսյան; Առաջաբ. հեղ.՝ Մ. Դավթյան. Երևան : Հայպետհրատ, 1958
- Երկեր : [Պատմվածքներ; Պիես] / Ջ. Մամեդկուլիզադե; Թարգմ. ադրբեջ.՝ Ս. Այվազյան; Խմբ.՝ Ս. Ումառյան; Վերջաբ. հեղ.՝ Մ. Դավթյան. Երևան : Հայաստան , 1966
Xarici keçidlər
- ԱՅՎԱԶՅԱՆ Սուրեն Բախշիի // Հայկական Սովետական Հանրագիտարան. հ․ 1, էջ 349.