Suraka ibn Malik

Suraka ibn Malik (VI əsr, Ərəbistan yarımadası645, ərəb. سراقة بن مالك) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.

Suraka ibn Malik
ərəb. سراقة بن مالك
Doğum tarixi VI əsr
Doğum yeri
Vəfat tarixi 645
Fəaliyyəti şair

Bioqrafiya

Mudlic qəbiləsindən idi. O, Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı, Qureyşlilərin Məkkə yaxınlığındakı bütün qəbilələrə Məhəmmədi diri və ya ölü onlara çatdıra biləcək hər kəsə 100 dəvə verməyə hazır olduqlarını bildirməsi ilə məşhurlaşır. Suraka mükafat almağa qərar verdi və Məhəmmədin axtarışına çıxdı. Səhrada xeyli məsafə qət edən Surakının atı büdrəməyə başlayır. Artıq qayıtmaq qərarına gələn Suraka Peyğəmbəri 2 səhabə ilə görüb, ona ox atmaq istəyir, lakin əli yerində donub qalır. Atının ayaqlarının quma batmağa başladığını gördü[1]. Sonra Suraka Peyğəmbərə üz tutur, ondan atını buraxmasını istəyir və təqibi dayandıracağına söz verir. Peyğəmbər Allaha dua edir və atın ayaqları möcüzəvi şəkildə qumdan azad olur, lakin Suraka vəd edilən mükafatı xatırlayır və yenə Peyğəmbərin arxasınca getməyə başlayır. Yenə atının ayaqları quma ilişir və Suraka yenə Məhəmmədə yalvarmalı olur. Peyğəmbər Allahın köməkliyi ilə atı azad edir və Surakanın geri qayıtmasını, digər təqibçiləri dayandırmasını əmr edir.

Ayrılıqda Peyğəmbər dedi ki, əgər Suraka əmri yerinə yetirsə, mükafat olaraq fars şahı Xosrovun qiymətsiz bilərziklərini alacaq (o an bu vəd qeyri-mümkün görünürdü). Surakanın xahişi ilə Məhəmməd ilk fürsətdə onu qəbul edəcəyinə söz verdi — Əbu Bəkr bu vədi sümük boşqabına yazıb Surakaya verdi. Suraka təqib edənlərə ərazini diqqətlə taradığını, lakin Məhəmməd və onun yoldaşlarından heç bir əsər-əlamət tapmadığını bildirdi və yalnız Peyğəmbərin Mədinəyə çatması xəbərindən sonra onlarla görüşdən danışdı.

Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Suraka həmin sümük məktubu ilə Peyğəmbərə gəlib İslamı qəbul etdiyini bildirdi. İran üzərində qələbədən sonra şah sarayının xəzinələri Mədinəyə daşınan zaman xəlifə Ömər qənimətlər arasında bilərzikləri görüb Suraka hekayəsini xatırladı. Onu çağıraraq, ona fars şahının paltarı geyindirdi, tacını taxdı və Məhəmməd peyğəmbərin Surakaya vəd etdiyi bilərzikləri verdi.

İstinadlar

  1. "Musnad Ahmad, Book 1, Hadith 3". sunnah.com. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.