Surakə ibn Əmr
Surakə ibn Əmr (ərəb. سراقة بن عمرو) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslam sərkərdəsi, Qafqazdakı fəth müharibələrinin iştirakçısı. Zu-n-Nun (ərəb. زو النون) və Zu-n-Nur (ərəb. ذو النور) kimi də tanınır.
Surakə ibn Əmr | |
---|---|
Doğum yeri | |
Vəfat tarixi | 651 |
Fəaliyyəti | hərbi lider[d] |
Bioqrafiyası
Surakə ibn Əmr 640-cı ildə Xəlifə Ömər ibn Xəttab tərəfindən Bab əl-Əbvab (Dərbənd) və Əl-Babın (Ermənistan) fəthinə məsul təyin edildi[1], onun avanqardına Əbdürrəhman ibn Rəbiə komandanlıq edirdi. Daha sonra isə rəhbərlik Rəbiəyə keçmişdir. O, həmçinin Bab əl-Əbvabın fars valisi Şəhrvarazla müqavilə bağladıqdan sonra digər fəthlərə dəstələr göndərir. Surakə ibn Əmr ordusunda fəaliyyət göstərməyə razı olan hər kəsİ cizyədən azad edir, həmçinin Tiflis və Azərbaycan fəth edilir. 651-ci ildə dağlıq ərazilər uğrunda gedən müharibə zamanı o dünyasını dəyişir və Əbdürrəhman ibn Rəbiə onun yerinə canişini təyin edilir. Surakə ibn Əmrin qardaşı Qaziyyə ibn Əmr əl-Ənsari idi.
İstinadlar
- "Xəzər-ərəb müharibələri". 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.