Supiklər

Supiklər, Alyutiklər və ya Pasifik yupikləri (öz dilində olan adı: Sugpiaq tək Sugpiak iki Sugpiat cəm və ya Alutiiq tək Alutiik iki Alutiit cəm; İngiliscə Alutiiq, Sugpiaq, Pacific Yupik) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının cənub cəhətində yaşayan Yupik qolundan bir Eskimos xalqıdır.

Supiklər
Ənənəvi rəqs (agnguaq) paltarı içində bir Supik rəqsçisi
Ümumi sayı
3000
Yaşadığı ərazilər
ABŞ ABŞ (Alyaska) 3000 [1]
Dili

Supikcə
ingilis dili

Dini

Xristianlıq (əksəriyyətlə Pravoslavlıq)
Şamanizm

Qohum xalqlar

Alyaska çupikləri, Sibir yupikləri, İnyupiklər , Aleutlar

Kodiak
Qərb Supik coğrafiyası
Şərq Supik coğrafiyası
Chugach dağları

Yupik xalqları içində ən cənubda yaşayan xalqdır. Mədəni olaraq Yupiklərə deyil Aleutlara yaxındır. Ona görə digər adları olan Alyutik adı Aleutların adından gəlir

Təsnifatı

Adlandırma

Özlərini suk ('insan') və -piaq ('gerçək') sözlərinin birləşməsindən əmələ gəlmiş "Supiklər", dillərini isə Sugcestun və ya Sugt'stun, Sugtestun ('insana bənzər, insan kimi') adlandırırlar.

Alyaska'yı Aleut adalarından kəşfə başlayan rus kaşif, kürk kürk taciri və məskunlaşmaçılar tərəfindən Aleut (rus. Алеут) adı verilen yerlilər, o zamanın Rusçasında bugünkü Aleutları ve Kodiak adasındaki yupik eskimoslarını (ing. Alutiiq) əhatə edirdi. Rusçadaki Aleut adının, Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini"[2] sözündən yarandığı ehtimal olunur. 1784-ci ildə Kodiak adasında olan Three Saints koyuna (supikcə Sun'alleq) yerləşən rus kürk tacirləri (промышленник), Supiklərlə qarşılaşan ilk Avropalılardır. Supiklər, mədəni olaraq Aleutlara ən çox bənzəyən eskimoslardır.[3] İndiki vaxtda Alyaskadaki eskimosların üç mədəniyyət qrupundan birini Aleutlar ilə Supiklər yaradır[4] Aleutlar ilə Supikləri bir tutub eyni adla anan ruslar, Aleut adalarındakı Aleutlardan (Unangan) ayırmaq üçün Kodiak adasındakı Supikləri "Kodiak Aleutu" (dövrün Rusçasıyla Алеутъ Кадьякскiй) və dillərini də "Kodiak Dili" (Кадьякскiй Языкъ) olaraq adlandırmışlar. Uzun illər ruslaşma asimilasyonu keçirən Kodiak Supikləri, ruslardan qalma Aleut adını indiki vaxtda Alutiiq formasında özlərinə ikinci ad olaraq verərlər. Bu Alutiiq adı ingiliscədə Supiklerin ümumi adı olaraq yayılmaqdadır. Atka Aleutları ruslardan qalma Aleut adını Aliguutax̂ formasında özləri üçün istifadə edirlər.

2000 ABŞ Əhali saymasında Supiklər "Alutiiq Aleut", "Bristol Bay Aleut", "Chugach Aleut", "Koniag Aleut" və "Sugpiaq" kimi adlarla ayrı-ayrı keçərkən Əsl Aleutlar "Unangan Aleut" adıyla yer alır.[5]

Dialekt və qəbilələri

Eskimos qəbilə adları "-miut" ('xalq') əki ilə törədilər.

Supiklər dil və mədəniyyətlərinə görə iki əsas qrupa bölünür:

  • Qərb Supikləri (Kaniagmiut)
    • ana quru: (Ugaassarmiut): Alyaska yarımadası
    • ada: (Qik'rtarmiut, Tangirnarmiut): Kodiak Arxipelaqı
  • Şərq Supikləri
    • ana quru: (Unegkurmiut, Yalegmiut): Kenai yarımadası
    • ada (Chugachigmiut : Tyanirmiut, Shuqlurmiut, Nutyirmiut, Palugvirmiut, Alukarmiut, Atyarmiut, Talitlarmiut, Kangirtlurmiut, Ugalakmiut): Prince William Sound

Qonşuları

Supiklərin qonşuları olaraq qərbdə Unangan da deyilən Aleutlar (supikcə Taya'uq), kuzeybatıda Alyaska yupikləri (supikcə Pamanarmiut) ilə Denağina xinduları (supikcə Kenaayuq), kuzeydoğuda Ahtna xinduları və şərqdə də Eyak və Tlingit (supikcə Swaciit) xinduları tapılar.

Ruslar ilə amerikalılardan başqa, sonradan gələn Çinlilər (supikcə Cing'iyak) və Yaponlar (supikcə Yapuunsaq) da kontakt qurulan xalqlardır

Əhali

Alyaskada 19801992-ci illərdə, Eskimo-Aleut dillərində dannışa bilən əhali [6]

Ayaska etnik sayı anadilində danışa bilənlərin sayı % danışa bilənlərin orta yaş həddi
1980 . . . .
Sibir Yupikləri 1.100 1.050 95 Orta nəslin çoxu və uşaqların hamısı
Yupikler 17.000 14.000 80 Orta nəslin çoxu və uşaqların bir qismi
İnyupikler 12.000 5.000 40 Orta nəslin çoxu və uşaqların bir qismi
Supikler 3.000 1.000 33 Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar 2.200 700 35 Orta nəslin çoxu və uşaqların bir qismi
1992 . . . .
Sibir Yupikləri 1.100 1.050 95 Orta nəslin hamısı və uşaqların böyük bir qismi
Yupiklər 18.000 12.000 67 Orta nəslin hamısı və uşaqların kiçik bir qismi
İnyupiklər 13.000 4.000 31 Orta nəslin çoxu və uşaqların bir qismi
Supiklər 3.100 600 19 Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar 2.100 400 19 Orta nəslin çoxu və uşaqların bir qismi

Dil və Təhsil

Təxminən 3000 nəfərlik Supik əhalisindən 400 qədəri ana dilini danışa bilir.

1987-1988 dövründə Alyaska məktəb bölgələrində Supik şagirdlərin sayı:[7]

məktəb bölgəsi anadilində danışa bilənlərin sayı danışamayanlar ümumi şagird sayı
Anchorage . 2 2
Kenai 1 66 67
Lake & Peninsula . 47 47
CƏMİ 1 115 116

Ovçuluq və yığıcılıq

Qızılbalıq qurutma, N. B. Millerin kamerasıyla, Old Harbor, Alaska, 1889
Dəniz aslanları, Afognak yaxınlarındakı Raspberry adası
Nacaq (muncuqlu qadın başlığı), Chugach, 1890
Kodiak adasında Supik əsərləri: oyma fiqurlar, suiti tələ maskası, çanaq, burun hissəsi, zıpkın (ayaquq) və oxlar (ruuwaq)

Ənənəvi Supik ovçuluğu digər eskimos xalqlarıyla bənzərlik göstərir. Alyaskanın təbiətinin çətin olması, aclıq (kaik) qayğısıyla dənizdə (imaq) və quruda (nunat) yeyilə biləcək hər şeyin avlanılmasını və ya yığılmasını lüzüm edər. Supiklərin yaşadığı coğrafiya Alaskadakı ən cənub bölgə olduğu üçün şimaldakı Yupikİnyupik coğrafiyasına nəzərən daha yaxşı vəziyyətdədir.

Ov vasitə və vəsaitləri arasında kayak (qayaq) ilə qayıq (angyaq) və kürək (anguaq) ova çatma və daşıma işində qiymətlidir. Silah olaraq ox (ruuwaq) və yay (qitguyaq) ilə zıpkın (ayaquq) istifadə edilər. Qərblilərdən gördükləri qızdırmalı silahlar (nutek) da sonradan ova daxil olmuşdur. Ov şapkası (caguyaq) və ov torbası (ekgwik) ovun olmazlarındandır.

Quru məməliləri olarak şimal maralı (tuntuq), qonur ayı (taquka'aq), samur (aaquyaq), dovşan (kuskanat), tülkü (kaugya'aq), gəlincik (amitatuk) və sünbülqıran (qanganaq) ovlanır.

Dəniz məməliləri arasında balinalar (arwaq) başda olmaq üzrə delfin (mangaq), dəniz aslanı (wiinaq) ilə suitilər (aataak, isuwiq) ən qiymətli dəniz ovlarıdır. Bunları dəniz samuru (arhnaq) təqib edər.

Quşlar, ətindən və dərisi ilə digər uyğun qisimlərindən yararlanılan hayvanlardır. Bunlar arasında ördəklər (saqul'aq), qağayı (qatayaq), Puffinus (tuungat) ve Phalacrocorax (agasuuq) sayıla bilər. Quşların tükləri (culuk) bəzəmədə istifadə edilər və yumurtaları (manik) da yığılar.

Dəniz onurğasızları arasında kiton (urriitaq), dəniz darağı (mamaayaq), osminoq (amikuq) və dəniz xiyarları (uutuk) gözdə toplama ovlarıdır.

Balıqçılıq da edilər. Balıqçı qayığı (paRaguutaq) ilə tor (kugyaq), qarmaq (iqsak) və mizraq (panaq) ana balıqçılıq vəsaitləridir. Ən gözdə balıqlar qızılbalıq (iiliksak, amartuq, niklliq, qakiiyaq) növləri ilə digər balıq növləri (anciq, waa'uq, sagiq, iqalluarpak, iqalluak) gəlir. Bunlar təzə olaraq istehlak edildiyi kimi, irəlidə yemək üçün qurudulur (tamuuq) və ya duz (taryuq) və tüstü (puyuq) istifadə edərək duzlanır və ya tüstülənərək (kupcuunaq) saxlanılır.

Bitkilər baxımından kasıb olan coğrafiyada yeyilə biləcək böğürtlensi və ya üzümsü meyvələr (alagnat, cuawak, aqagwik, kenegtaq, puyurniq, muuguat) və tərəvəzlər (aatunaq) az olsa da vitamin qəbulu baxımından qiymətlidir.

İctimai həyat

Şənlik və Mərasimlər

Eyni zamanda şamanistik nümayişdə də istifadə edilən musiqi olaraq ​​baraban (cauyaq) və mahnı (atuun) ilə rəqs (agnguaq) bütünlük meydana gətirir. Maskalar (giinaquqgiinaruangcut və ya maaskaat) da bunları tamamlayır, beləcə musiqi və rəqs törensel xüsusiyyət qazanar. Ruslardan aldıqları akkordeon (kaRmuniaq) yeni musiqi alətləridir.

Milli bəzək və geyimə edilən əlavələr

Takı və naxışlar şamanistik xüsusiyyətlidir. Qadınların boncuktan edilən şapkası (nacaq), bilərzik (tayarnerutaq), qulaq ​​sırğası (kulunguaq), dodaq sırğası da deyilən labret (kulut'ruaq) və tatu (kRasiruaq) tipik eskimos bədən aksesuarlarıdır.

Din

Şamanizm

Ənənəvi eskimos dini şamanizm, Supiklerde de görülür. də görülər. Əvvəllər dini məqsəd daşıyan şamanistik mərasimlər, günümüzdə folklorik nümayişdən irəliyə getməz. Bunda rusların Pravoslavlığı Supiklərə qəbul ettirmelerinin rolu vardır. Şaman (kalla'alek), ruh (sua) və qarabasma (tanraq, tangruaq) şamanlığın ana anlayışlarıdır.

Tarix

Dil məlumatları və arxeoloji qalıqlar; Eskimos xalqlarının, günümüzdən təxminən 10.000 il əvvəl, Berinq boğazının buzlarla kaplanıp quru körpüsü olduğu zamanlarda EskimoslarAleutlar olmaq üzrə iki ayrı etnik qrup halında Alyaskadan Kamçatkaya qədər olan bölgədə olduqlarını göstərməkdədir. Eskimos və Aleutların dənizdə ovlanma texnikalarının inkişaf etdirilməsindən əvvəl bölündüklerini göstərən dil məlumatları arasında ox və yay üçün ortaq sözlərin tapılması, dəniz ovçuluğu terminlərinin Eskimos və Aleutlarda fərqli olması göstərilə bilər. Eskimos və Aleutlar, dəniz avcılığını bir-birlərindən müstəqil olaraq inkişaf etdirmişlər.[8]

Arxeoloji qazıntılar

Kodiak adasında, indiki vaxtda 42 [9] nəfərin yaşadığı Karluk (supikcə Kal'uq) şəhərində aparılan arxeoloji qazıntılar şəhərin 5000 ildir insan məskunlaşmasına açıq olduğunu göstərməkdədir[10] Arxeoloji siteler cəhətdən həqiqətən zəngin olan Kodiakda tarix əvvəlinə (prehistorik) aid 900 qədər site tapılar.

İstinadlar

  1. "UAF". 2007-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
  2. Who are the Alutiiq
  3. "Alaska Native Heritage Center". 2010-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
  4. "Phillip Charette, Yup'ik People". 2010-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
  5. "U.S. Census Bureau, Census 2000" (PDF). 2012-09-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-08-11.
  6. Panu Hallamaa (1997), Unangam Tunuu and Sugtestun: A Struggle for Continued Life Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine,
  7. "Bilingual/Bicultural Education Programs". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
  8. "Edward J. Vajda, Siberian Yupik (Eskimo)". 2016-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
  9. "Alutiiq Museum". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
  10. "Arxivlənmiş surət". 2010-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.

Xarici keçidlər

  • Alutiiq Museum
  • Catherine Foster West (2009) , Kodiak Island's Prehistoric Fisheries: Human Dietary Response to Climate Change and Resource Availability, Journal of Island & Coastal Archaeology, 4:223–239, 2009
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.