Supermini
Supermini, Kiçik kateqoriyalı avtomobil və ya Avropada B seqmenti, ümumiyyətlə 3700 ilə 4099 mm arasında uzunluğa malik olan, avadanlıq baxımından zəif təchiz olunmuş, nisbətən aşağı keyfiyyətə malik və performans baxımından çox da uğurlu olmayan giriş modelləridir. Son zamanlar Mini Classın meydana çıxması ilə kiçik sinif avtomobillər yavaş-yavaş böyüməyə başlamış və onlar aşağı kiçik sinif və yuxarı kiçik sinif olaraq ikiyə bölünmüşdürlər. Supermini sedanlarda yaxşı ailə avtomobili, SW-lərdə geniş salon və idman hetçbeklərində təsirli çeviklik təklif edə bilər.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.