Suncinka
Suncinka — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Suncinka | |
---|---|
39°56′ şm. e. 46°43′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
|
Tarixi
Suncinka kəndi Qarabağ silsiləsinin yamacındadır. Yaşayış obyekti Sunca çayının yaxınlığında yerləşdiyi üçün belə adlanmışdır. Suncinka Sunca adının rus dilindəki kiçiltmə-əzizləmə variantıdir.[2]
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Suncinka kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Suncinka // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.