Sumqayıt kanyonu

Sumqayıt kanyonu[1][2][3] və ya Sumqayıtçay kanyonuSumqayıtçayın aşağı axarlarında, çayın Qaraboğaz düzənliyindən keçən hissəsində yerləşən təbiət abidəsi.[1] Kanyonun başlanğıcı şəhərin məişət tullantıları poliqonunun arxasında yerləşir. Bu kanyon Sumqayıtda turizm üçün potensial məkan hesab olunur.[1]

Sumqayıt kanyonu
Ümumi məlumatlar
Dərinliyi 10-15
Eni 30-50
Aid olduğu çay hövzəsi Sumqayıtçay
Yerləşməsi
40°34′27″ şm. e. 49°36′32″ ş. u.
ölkə Azərbaycan Bakı rayonları
Sumqayıt kanyonu xəritədə
Sumqayıt kanyonu
Sumqayıt kanyonu

Şamaxı, AbşeronSumqayıt şəhər inzibati ərazi vahidlərinin ərazisindən axan Sumqayıtçay Sumqayıt kanyonundan keçərək Xəzər dənizinə tökülür.[1] Çayın axdığı bu ərazidə suxurların olduqca kövrək, əsasən gil və qum materialından təşkil olunması onun dağıdıcı gücünü artırır. Bu da çayın asanlıqla yatağını dərinləşdirməsinə imkan verir. Kanyonda suyun eroziya fəaliyyəti olduqca yüksəkdir. İstər atmosfer yağıntıları, istər günəş radiasiyası, istərsə küləyin fəaliyyəti sayəsində kanyon əsrarəngiz görkəm alır. Bu proses daima davam etdiyindən aşınmanın miqyası davamlı olaraq artır.

Ölçüsü

Kanyonun hündürlüyü və eni axdığı ərazidən asılı olaraq dəyişir. Orta hündürlüyü 10-15 metr (33-49 fut), eni isə ərazidən asılı olaraq 30-50 metr arasında dəyişir.[2]

Fauna və flora

Kanyonun yerləşdiyi ərazi yarımsəhra-quru çöl iqliminə sahib olduğundan istiyə və şoranlığa davamlı kol və ot bitkiləri bitir. Burada əsasən efemerli, kserofit ot bitkiləri yayılmışdır. Kol bitkilərindən burada ən sıx rast gəlinəni yovşan və yulğundur. Yulğunlar lokalda olsa sıx keçilməzliklər əmələ gətirə bilir.

Kanyon ətrafı ərazilərdə çöl heyvanlarına rastlamaq mümkündür. Burada canavar, tülkü, çaqqal, dovşan kimi iri məməlilər yaşayır. Quşlardan qağayılar (Xəzər qağayısı, göl qağayısı) göyərçinlər (çöl göyərçini), sığırçınlar (sığırçın), qarğalar (boz qarğa, qara qarğa), sərçəkimilər (ev sərçəsi), qaratoyuqlar (qara qaratoyuq), vağlar (boz vağ), sağsağanlar (sağsağan) kimi quşlar yayılmışdır. Sürünənlərdən isə bataqlıq tısbağası, xəzər gekkonunu müşahidə etmək olar.[2]

Şəkilləri

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.