Sumqayıt Tarix Muzeyi
Sumqayıt Tarix Muzeyi - 2 noyabr 1967-ci ildə yaradılmış Sumqayıt Şəhərinin Tarixi Muzeyi 9 ekspozisiya zalından ibarətdir. Muzeyin ümumi sahəsi 2680 m2-dir. XVI əsrdən başlayaraq bu günümüzə qədər xronoloji ardıcıllığı muzey ekspozisiyasının mövzusunu təşkil edir. Əsas fondunda 15000 eksponat muzeydə mühafizə olunur.Azərbaycan muzeyləri
Sumqayıt Tarix Muzeyi | |
---|---|
Əsası qoyulub | 13 mart 1967 |
Açılış tarixi | 2 noyabr 1967 |
Mövzu | arxeologiya, etnoqrafiya |
Ölkə | |
Yerləşir | Sumqayıt, Azərbaycan, Heydər Əliyev, 382, AZ5005 |
Kolleksiyası | 15.000 |
Direktor | O.İslamova |
Telefon | (+994 186) 44-24-00 |
40°34′50″ şm. e. 49°40′41″ ş. u. |
Tarixi
Sumqayıtın Tarixi Muzeyi 1967-ci ildə, Sumqayıt Dövlət Rəsm Qalereyası ilə eyni vaxtda fəaliyyətə başlamışdır. Sumqayıtın Tarixi Muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 13 saylı sərəncamı ilə yaradılmışdır. Sumqayıt şəhər İcraiyyə Komitəsi 1967-ci il 17 fevral tarixli, 5 saylı protokolla muzey üçün ümumi sahəsi 360 kv.m olan S.Vurğun küçəsindəki 132 saylı yaşayış evinin I mərtəbəsində yer ayırdı. 1967-ci il noyabrın 2-də muzeyin açılışı oldu. 150 eksponatla şəhərin 18 illik həyatına sənayenin, təhsilin, səhiyyənin, mədəniyyətin dostluq əlaqələrinin inkişafına az da olsa işıq sala bilən muzey 1988-ci ildən etibarən özünü ayrıca ikimərtəbəli binada təmsil edir. Muzey otaqlarının sahəsi 2600 kv.m təşkil edir ki, bu da əvvəlki göstəricidən 7 dəfə artıqdır. Muzey fondunda qorunan mühafizə vahidi 15 minə yaxındır. Bu eksponatlar ayrı-ayrı bölmələr rəqqaslıq, qrafika, heykəltəraşlıq tətbiqi incəsənət məmulatı, arxeoloji əşyalar, foto şəkillər, sənədlər və.s üzrə əsas və elmi köməkçi fondda yerləşdirilmişdir.
Muzey binası
Muzeyin ekspozisiyası böyük və kiçik zallarda tərtib olunur. Daimi sərgi ilə yanaşı şəhərin ictimai-siyasi, mədəni həyatında baş vermiş hadisələri olduğu ilə əks etdirən, daim bir-birini əvəz edən sərgilər muzey fondunun zənginliyindən xəbər verir. Respublikada baş verən ictimai-siyasi hadisələr, mədəni maarif sahəsində yaranan dönüş, əldə olunan uğurlar muzey ekspozisiyasında öz əksini tapır. Muzeydaxili sərgilər bir-birini əvəz etməklə yanaşı, muzey fondunun materialları ictimai-siyasi xarakterli ümumşəhər tədbirlərində nümayiş olunur. Muzey kollektivi elmi-kütləvi işlərdə daim fəallıq göstərir, orta təhsil məktəblərində istər əlamətdar günlər, bayramlar, istərsə də təqvimə qanla yazılmış tarixi günlərlə bağlı müzakirələrin dinlənməsini təşkil edir.Sumqayıtın tarixini qarış-qarış yaşadan, dünənimi, bu günümü onlardan, sabahıma ümidlə baxan 39 yaşlı Sumqayıtın Tarixi Muzeyinə 32 ildir O.İslamova rəhbərlik edir. Ümumi sahəsi 2680 kv.m. olan muzey binasının xüsusi tərtibat verilmiş ekspozisiya, mühazirə, sərgi zalları, kütləvi tədbirlərin keçirilməsi üçün 165 yerlik akt zalı vardır.
Muzeyin ekspozisiyası
Muzeyin ekspozisiyası iki zalda - böyük və kiçik zallarda tərtib olunur.
- Heydər Əliyev guşəsi birinci mərtəbənin ekspozisiya zalında yaradılmışdır ki, burada da Ulu öndərin büstü, qəzet və jurnallar toplusu, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər əks olunur. Ekspozisiya zalında Qədim İpək Yolunun bir qolu-Sumqayıtın ərazisini əks etdirən maket, saxsı və mis qablardan ibarət guşə, “Sumqayıt XXI əsrdə” rəngkarlıq əsəri, Sumqayıtın yaranmasını, inkişafını əks etdirən rəmzi ağac-Sumqayıtın ilk müəssisəsi olan İstilik Elektrik Stansiyasına həsr olunmuş abidə vardır.
- İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, ilk müəssisələr, quruculuq işləri, zavodlar, fabriklər, təhsil, fotoşəkillər, səhiyyə, mədəniyyət ocaqları, sənədlər, əmək qabaqcılları haqqında məlumatlar, əşyalar, əks olunmuşdur. Həmçinin bu zalda Corat kənd əhlinin yaşam tərzini və Sumqayıtın ilk qurucularının məişətini əks etdirən otaq maketlər qurulmşdur. Kiçik ekspozisiya zalında sumqayıtlı Milli Qəhrəmanlar haqqında guşə,şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi və rənggarlıq Sumqayıt şəhidləri əsərləri əks olumuşdur.[1]
Xarici keçidlər
- Sumqayıt Tarix Muzeyindən Sərvər Şirinin reportajı
- umqayıtın Tarixi Muzeyi – zəngin mədəni irs və yaddaş xəzinəsi
- SUMQAYIT TARİX MUZEYİ ƏSASLI TƏMİRDƏN SONRA YENİDƏN AÇILMIŞDIR
- Sumqayıt Şəhərinin Tarixi Muzeyi
İstinadlar
- "Sumqayıt Şəhər Tarix Muzeyi". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.