Sulutəpə

SulutəpəAzərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbə inzibati-ərazi vahidinin Sulutəpə qəsəbəsi Xocəsən qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən 208 ha torpaq sahəsi Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilmişdir.[3]

Sulutəpə
40°26′00″ şm. e. 49°46′07″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 18.400 nəf.[1]
Sulutəpə xəritədə
Sulutəpə
Sulutəpə

Tarixi

Sulutəpə 1999-cu ildə qəsəbə statusu alıb.[4]

Coğrafiyası və iqlimi

Sulutəpə qəsəbəsi Abşeron yarımadasının qərbində, Xırdalan şəhəri yaxınlığında yerləşir.

Əhalisi

Əhalisi 17,9 min nəfərdir.

İqtisadiyyatı

Əhalisi əsasən sənaye müəssisələrində və kənd təsərrüfatında çalışır. Sosial obyektləri vardır.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.