Sultanovlar (Bərgüşad)
Sultanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Sultanovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | I Qorçu bəy Püsyan |
Təbəəliyi |
Qarabağ xanlığı,![]() |
Torpaqları | Bərgüşad mahalı |
Soyun yaranması
Zəngəzur mahalında Sultanov soylu bir neçə bəy sülaləsi yaşayırdı. Bəziləri Qaraçorlu, bəziləri isə Püsyan elinə bağlı idi. Bu soyun ulu babası I Qorçu bəy Püsyandır. Onun Məhəmmədhüseyn bəy, Məhəmmədhəsən bəy adlı oğlanları vardı. İkinci oğlu Hacı Məhəmmədhəsən bəy Püsyandır. Hacı Məhəmmədhəsən bəy Püsyan elində yaşamışdı. Bu el Qarabağın Bərgüşad mahalında qərar tuturdu. Elin Babalı oymağının başçısı olmuşdu. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Şahdan sultan ünvanı almışdı. Oymaq içində Hacı sultan kimi tanınırdı. Hacı Məhəmmədhəsən sultanın törəmələri bəylərbəyilik və xanlıq dönəmində Püsyan, rus üsul-idarəsi dövründə Sultanov soyadını daşıyırdılar.
Soyun məşhur nümayəndələri
- Lütfəli bəy Sultanov — çar ordusunun zabiti, praporşik.
- Aslan bəy Sultanov — el qəhrəmanı, ziyalı.
- Ağamalı bəy Sultanov — Çar ordusunun zabiti, I Dünya müharibəsinin iştirakçısı olub. Praporşik rütbəsi daşıyırdı. Georgi xaçı ilə təltif olunmuşdu. Ağamalı bəy Sultanov 1911-ci ildə Avstriyada həlak olub.
Mənbə
- Ənvər Çingizoğlu, Sultanovlar, "Soy" dərgisi, 6 (26), Bakı, 2009.
- Ənvər Çingizoğlu, Püsyan eli, Bakı:Mütərcim, 2013, 156 səh. ISBN 978-9952-28-121-7
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.