Sultan Tahir Cəlayır

Sultan Tahir Cəlayır ibn Sultan Əhməd ibn Sultan Hüseyn ibn Şeyx Üveys Cəlairi (?-?) — Əlincə qalası nın hakimi.

Həyatı

Cəlairi hökmdarı Sultan Əhməd [1382–1410, fasilələrlə]Əmir Teymurun ilk yürüşü dövründə (1386) Cəlairilərin xəzinəsini, öz ailəsini, oğlu Tahiri 300-ə qədər döyüşçü ilə Əlincə qalasında yerləşdirib Bağdada çəkilmişdi. Sultan Tahir 14 ilə yaxın qalanın müdafiəsinə başçılıq etmiş, son nəticə də Şəki və gürcü qoşun hissələrinin köməyi ilə mühasirədən çıxmış və xəzinəni götürüb yaxın adamları ilə birlikdə Bağdada getmişdir.

Ədəbiyyat

  • Piriyev V. Z., Teymurun və Toxtamışın Azərbaycana yürüşləri və işğalçıla raqarşı mübarizə,

Azərb. EA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1983, № 1.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.