Sultan Qafarzadə

Sultan Əsədulla oğlu Qafarzadə (1908, Bakı1955, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi, Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin üçüncü katibi, Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi.

Sultan Qafarzadə
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi
bayraq2
6 iyun 1946 5 fevral 1955
Birinci katibMircəfər Bağırov (1933-1953)
Mir Teymur Yaqubov (1953-1954)
İmam Mustafayev (1954-1959)
6 mart 1944 23 mart 1947
ƏvvəlkiYusif Yusifov
SonrakıƏziz Əliyev
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
3 yanvar 1941 5 mart 1944
Birinci katibMircəfər Bağırov
4 dekabr 1940 27 mart 1941
bayraq
Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin üçüncü katibi
bayraq2
5 yanvar 1939 2 dekabr 1940
Birinci katibMircəfər Bağırov
Yanvar 1939 1940
Şəxsi məlumatlar
Doğum tarixi 1908
Doğum yeri
Vəfat tarixi 1955
Vəfat yeri
Partiya
Təhsili
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d]
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İmzanın şəkli

Həyatı

Sultan Qafarzadə 1908-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə Pionerlər Evinin rəhbəri kimi başlamışdır.[1]

Siyasi fəaliyyəti

Sultan Qafarzadə aktiv şəkildə Komsomolda fəaliyyət göstərmişdir. O, 1925–1931-ci illərdə Komsomol təşkilatlarında rəhbər vəzifələrdə çalışmışdır. Bakı, Şamaxı, Quba qəza komsomol komitələrində katib, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Dağıstan Vilayət Komitəsinin katibi vəzifələrində çalışmışdır.[1]

Sultan Qafarzadə 1927-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[2]

Sultan Qafarzadə bir müddət Zaqatala MTS-nin siyasi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Sultan Qafarzadə daha sonra Azərbaycan Kommunist Partiyası Zaqatala, Qax, Qaryagin, Kürdəmir və Xaçmaz rayon komitələrində katib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. O, 1939-cu ildən Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi,[2] Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin üçüncü katibi, 1940-cı ildən Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Komitəsinin birinci katibi, 1941-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində kadrlar üzrə katib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1944-cü ildən isə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.[1]

Sultan Qafarzadə II çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. O, 513 nömrəli Təzəkənd seçki dairəsi üzrə III çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[1]

Təltifləri

Sultan Qafarzadə 27 aprel 1940-cı il tarixində "Lenin" ordeni ilə təltif olunmuşdur.[3]

İstinadlar

  1. Qafarzadə Sultan Əsədulla oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 84.
  2. "Arxivlənmiş surət". 2018-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.
  3. "Arxivlənmiş surət". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.