Sultan Murad Bayandur
Əbül Müzəffər Sultan Murad (31 iyul 1490, Təbriz – 1518, Şanlıurfa) — Ağqoyunlu hökmdarı, Uzun Həsən və I Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı.
Sultan Murad | |
---|---|
Sultan Murad ibn Yaqub ibn Həsən | |
| |
1499 – 1508 | |
Əvvəlki | Sultan Məhəmməd |
Sonrakı | ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Urfa |
Atası | Sultan Yaqub |
Anası | Gövhər sultan |
Həyat yoldaşı | Bənti xatun |
Uşaqları | Həsən bəy, Yaqub bəy |
Həyatı
31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir.
Hakimiyyəti
Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı.
Hakimiyyətdən getməsi
21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi.[1] Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı.[2] Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi. 1508-ci ildə Şah İsmayılın ordusundan qaçaraq Diyarbəkirə getdi.
Ailəsi
Əlaəddövlə Bozqurd bəy Zülqədərin qızı Bəyli xatunla evlənmişdi. Övladları:[4][5]
- Yaqub bəy Bayandur
- Həsən bəy Bayandur
İstinadlar
- M. H. Yinanç, “Akkoyunlular”, İ. A., s. 262
- Təkmilət əl-Əxbar, vər. 274a
- J. E. Woods, Akkoyunlular, s. 269;
- J. E. Woods, Akkoyunlular, s. 269
- F. Sümer, “Akkoyunlular”, T. D. A., s. 33.
Xarici keçidlər
Sultan Murad Bayandur Doğum: 31 iyul 1490 Vəfat: 1518 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Məhəmməd mirzə |
Ağqoyunlular dövləti(آققویونلو) sultanı 1499-1508 |
Xələfləri (Səfəvilər imperiyası) Şah İsmayıl |