Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı
Sultan Miranşah mirzə | |
---|---|
Cəlaləddin Miranşah mirzə Əmir Teymur oğlu Barlas | |
| |
Doğum tarixi | |
Doğum yeri | Keş, Özbəkistan |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz şəhəri |
Dəfn yeri | |
Uşaqları | |
Atası | Əmir Teymur |
Fəaliyyəti | hərbi lider[d] |
Həyatı
Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur.
Miranşah və Nəimi
Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339-40-1402-ci illər) - mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir.
Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar". Tarixi gedişatın təhlili onu göstərir ki, əgər xalq o zaman sözün əsil mənasında özü olsaydı, Fəzlullah Nəiminin arxasınca gedər, onun Miranşahın atının quyruğunda parça-parça edilməsinə imkan verməzdi.
Miranşah və qaraqoyunlular
21 aprel 1408-ci il Sərdrud döyüşündə Qaraqoyunlular dövlətinin başçısı Qara Yusifin qoşunları Əmir Teymurun oğlu Miranşah mirzənin qoşunlarını məğlub edib, Miranşah özü isə öldürülüb. Azərbaycan üzərində teymurluların hökmranlığına son qoyulub.