Sultan Hümayun

Sultan Humayun (6 mart 1508, Kabil27 yanvar 1556, Dehli, Böyük Moğol imperiyası) — Böyük Moğollar sülaləsinin 2-ci və 10-cu padşahı.

Sultan Hümayun
Nasirəddin Sultan Hümayun Sultan Babur oğlu Barlas
نصيرالدين محمو همايون
26 dekabr 1530 — 17 may 1540
 22 fevral 1555 — 27 yanvar 1556
ƏvvəlkiSultan Babur
SonrakıƏkbər şah
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kabul
Vəfat tarixi (47 yaşında)
Vəfat yeri Aqra şəhəri
Vəfat səbəbi yıxılma[d]
Dəfn yeri
Fəaliyyəti monarx
Atası Sultan Babur
Həyat yoldaşı Həmidə Banu Bəyim
Uşaqları
Ailəsi Teymurilər
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Atası Sultan Baburun ölümündən sonra taxta çıxan Humayun Böyük Moğol imperiyası taxtında 25 il səltənət sürdü. Ancaq səltənətinin hələ ilk illərində taxtına göz dikənlərə və atasının məğlub etdiyi düşmənlərlə mübarizə etmək məcburiyyətində qaldı. 6 qardaşı vardı. Onlara və başqa qohumlarına geniş ərazilər və başqa hədiyyələr verərək taxtını qorudu.

Siyasi fəaliyyəti

Hakimiyyətinin ilk illərində Sultan Humayun ciddi təhlükələrlə qarşılaşdı. Ludi hökmdarı Mahmud Ludi əfqan əmirləri və bəzi racələr ilə birləşərək Humayuna qarşı hərəkət etdi. Qucerat hökmdarını da hərəkət üçün təhrik etdi. Lakin Humayun şah ikisini də məğlub etdi. Ancaq çox keçmədən Humayun şah və qardaşları arasında da qovğa başlandı. Qucerat valisi olan qardaşı Əsgəri paytaxt Aqra üzərinə yürüş etdi. Sonda barışsalar da qardaşlar arasında birliyi mühafizə etmək mümkün olmadı.

Bu arada Ludilərin yerinə Sur dövlətini qurmağa çalışan Şir-xan bir gecə Aqraya basqın etdi və Humayun şah qardaşlarından da yardım görmədikdə Şah Təhmasibə (Səfəvilərə) sığındı. Şirxan Səfəviləri ortadan qaldırmaq üçün Osmanlılarla sülh bağladıqdan sonra Şah Təhmasib də Humayun şahı öz ordusu ilə müdafiə edərək onun üzərinə, yəni Hindistana göndərdi. Bu,Humayun şah üçün yaxşı bir fürsət oldu. Artan və cəmləşən qüvvələrlə Kabil,QəndəharBədəxşanı geri aldı.Atası Zahirəddin Mahmud Babur kimi,o da Kabildən hərbi baza kimi istifadə edərək yenidən fəthlərə başladı. 1555-ci ildə böyük əfqan ordusunu məğlub edərək Dehliyə girdi. Qardaşlarıyla dil tapdı və yenidən imperatorluğa hakim oldu.

Həmidə Banu Bəyim — Sultan Humayunun həyat yoldaşlarından biri, Əkbər şahın anası.

Humayun Təhmasib şahdan yardım alsa da,şiəliyə etibar etmədi və Səfəviləri öz dövlətinin gələcəyini təhdid edən bir təhlükə kimi nəzərdə tutdu. Onun üçün Osmanlı padşahı Qanuni Sultan Süleymana "padşah baba" deyə xitab edən məktublar yazdı. Şərqin ona veriləcəyi halda, Səfəvi dövlətini birlikdə yox edə biləcəklərinii bildirdi.

Sultan Hümayunun türbəsi

Humayun şahın ölümü və Əkbər şahın taxta çıxması

Humayun şah atası Babur şah qədər yaxşı bir sərkərdə və hökmdar deyildi. Tez-tez qarma-qarışıqlıqlar olurdu. Amma yenə də imperatorluğu qoruya bilmişdi. 1556-cı ildə kitabxanasının yüksək rəflərindən kitab götürməyə çalışarkən nərdivandan yıxıldı və ağır yaralandı. 28 fevral 1556-cı ildə öldü. Ölməzdən qabaq o vaxt qonağı olan Osmanlı Dəniz kapitanı Seydi Əli Rəisin də tövsiyəsi ilə Bədəxşanda baş qaldıran əfqan birlikləriylə çarpışmaqda olan oğlu Əkbərə bir namə göndərərək onu vəliəhd təyin etmişdi. Yenə Seydi Əli Rəisin tövsiyəsiylə Əkbərin savaşı bitirib dönməsinə qədər ölümü gizli saxlandı. Bir ay sonra üsyanları yatıran Əkbər gəldi və taxta çıxarıldıı

Əkbər hələ 14 yaşındaydı amma sadiq sərkərdələri və qüdrətli atabəyi Bayram xan sayəsində uğur qazanmışdı. Humayun şah atası qədər qüdrətli olmasa da, onun kimi divan müəllifi, yaxşı bir şairdi. Dehlidə gözəl bir türbəsi vardır.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.