Sultan Bəyazid hamamı
Sultan Bəyazid hamamı — Üzərində kitabə həkk olunmuş daşın 1926-cı ildə P. Spasski Dərbənd hasarının "Qala qapısı" yanındakı xarabələrdən tapılıb. Sonralar kitabə prof. Paxomovun səyi nəticəsində Dərbəndin ölkəşunaslıq muzeyinə gətirilmiş və indiyə kimi orada saxlanılmaqdadır. Kitabə aydın və gözəl nəsx xətti ilə 2 sətrdə əbər-fars dilində yazılmışdır. Daşın boş qalan hissəsi bitki yarpaqları ilə örtülmüşdür ki, bu da ktabəyə xüsusi gözəllik verir. Kitabə sadə həndəsi naxışlarla haşiyələnmiş və çiçək yarpaqları ilə bəzədilmişdir. Kitabənin mətni belədir: "Bu hamamı ustaclı Bəhrəm Sultanın oğlu Sultan Bəyazid 1065-ci ildə hammın yanındakı məscidə vəqf etdi"
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.