Sultan Əhməd türbəsi
Sultan Əhməd türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVII əsrdə inşa olunan Sultan Əhməd məscidinə aid türbə.
Sultan Əhməd türbəsi | |
---|---|
Ölkə | |
Yerləşir | Fateh |
Haqqında
Fateh rayonu, Sultanəhməd meydanında yerləşən Sultan Əhməd məscidinin cənub-şərqində yerləşən Sultan Əhməd türbəsi 1619-cu ildə inşa edilmişdir. Türbənin arxasında darülkurra yerləşir. 14-cü Osmanlı sultanı olan Sultan Əhməd 1617-ci ildə vəfat etdiyi zaman külliyənin həyətində dəfn edilmiş, I Mustafanın səltənəti illərində türbənin inşası başlamışdır. 1619-cu ildə inşası tamamlanan türbə kvadrat planlı olub, tamamilə mərmərdən inşa edilmişdir.
Türbənin daxilində dəfn olunanlar aşağıdakılardır:
- Sultan Əhməd
- Validə Kösəm Sultan
- Sultan Osman
- Sultan Murad
- Sultan Əhmədin oğlu Şahzadə Mehmed
- Sultan Əhmədin oğlu Şahzadə Bəyazid
- Sultan Əhmədin oğlu Şahzadə Süleyman
- Sultan Əhmədin oğlu Şahzadə Səlim
- Sultan Əhmədin qızı Gövhər Sultan
- Sultan Əhmədin qızı Ayşə Sultan
- Sultan Əhmədin qızı Fatma Sultan
- Sultan Muradın qızı Safiyə Sultan
- Sultan Muradın qızı Ruqiyə Sultan
Mənbə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.