Sultan İbrahim türbəsi

Sultan İbrahim türbəsiİstanbulda Aya Sofyaya bitişik, keçmişdə vəftizxana olaraq istifadə olunan Sultan İbrahimin dəfn edildiyi türbə.

Bizans mənbələrinə görə, Aya Sofyadakı iki vəftizxanadan biri olan bu bina kilsənin cənub cəbhəsində əsas binadan aralı olaraq inşa edilmişdir. Aya Sofya məscidə çevrildikdən sonra bu bina anbar olaraq istifadə edilmiş, XVII əsrin ilk yarısında isə türbəyə çevrilmişdir. Osmanlı padşahlarının bəziləri hələ həyatda ikən öz adlarına türbə inşa etdirmiş, bəziləri isə Bizans dövründən qalan binaları bərpa etdirərək türbəyə çevirmişdir. I OsmanOrxan Qazinin Bursadakı türbələrindən başqa, keçmiş Bizans binasının islamlaşdırılmasına yalnız XVII əsrdə rast gəlinir. Sultan I MustafaSultan İbrahimin dəfn olunduğu bu türbə daha sonralar Sultan İbrahim türbəsi olaraq anılmışdır.

1617-1618-ci illərdə 94 gün, ardından 1622-1623-cü illərdə 1 il 4 ay hakimiyyətdə qalan I Mustafa 1639-cu ilin ilk günlərində vəfat etmiş, bəzi mənbələrə görə isə IV Murad tərəfindən edam dilmişdir. Özü üçün əvvəlcədən türbə inşa etdirməyən I Mustafanın dəfn olunması üçün o illərdə heç bir məsciddə yer olmamış, bu səbəblə mərhum sultanın Aya Sofyanın keçmişdə vəftizxana olan binası türbəyə çevrilmişdir. Övliya Çələbinin yazdığına görə, Sultan Mustafanın vəfatından sonra, dəfn etməyə yer tapılmamış, cənazəsi 17 saat saxlanıldıqdan sonra Övliya Çələbinin sarayda zərgər işləyən atası Dərviş Mehmed Zilli Əfəndinin xatırlatması ilə dəfn yeri olaraq Aya Sofyadakı bu bina seçilmişdir. Ancaq binanın içərisində torpaq olmadığı üçün Saray bağçasından bura torpaq gətirilmişdir.

Sultan İbrahim 8 illik səltənətinin ardından 8 avqust 1648-ci ildə taxtdan endirilmiş, 10 gün sonra isə edam edilmişdi. Edamının ardından mərhum padşah əmisi Sultan Mustafanın türbəsinə dəfn edilmişdir. Övliya Çələbinin yazdığına görə, o illərdə Sultan İbrahim türbəsi qadınların ziyarət yerinə çevrilmişdi. Yenə onun qeydlərindən görülür ki, burada I Əhmədin qızları XanzadəAtikə Sultanla IV Muradın qızı Əsməhan Qaya Sultan dəfn olunmuşdur. Bundan başqa bu türbədə yatan şəxslər arasında Sultan İbrahimin 1669-cu ildə vəfat edən oğlu Şahzadə Səlim, qızı Atikə SultanIV Mehmedin 1679-cu ildə vəfat edən oğlu Şahzadə Səlimin olduğu məlumdur. Bu türbəyə dəfn olunan sonuncu şəxs isə II Əhmədin 1714-cü ildə vəfat edən oğlu Şahzadə İbrahimdir.

Mənbə

  • Eski durumu hakkında: W. Salzenberg, Altchristliche Baudenkmäler von Konstantinopel, Berlin 1854, s. 19, lv. 6, 7, 11, 12, 18;
  • W. R. Lethaby - H. Swainson, The Church of Sancta Sophia Constantinople: a Study of Byzantine Building, London 1894, s. 21, rs. 3, s. 154-155, 217, rs. 39;
  • E. M. Antoniades, He Hagia Sophia, Paris 1906;
  • a.mlf., Ekphrasis tes Hagias Sophias, Atina 1907, I, 123-130, rs. 178-181;
  • C. Gurlitt, Die Baukunst Konstantinopels, Berlin 1909, s. 21-22, rs. 51;
  • E. H. Swift, Hagia Sophia, New York 1940, s. 174-176, rs. 33, lv. 1, 2, 7, 203;
  • R. L. Van Nice, Saint Sophia in Istanbul: An Architectural Survey, Washington, ts., lv. 2, 6, 13;
  • Th. F. Mathews, The Byzantine Churches of Istanbul, Pennsylvania 1976, s. 311-312;
  • Semavi Eyice, “Le baptistère de Sainte Sophie d’Istanbul”, IX. Congresso Internazionale di Archeologia Cristiana 1975, Communicazioni, Roma 1978, II, 257-273;
  • Gennadios Arabacıoğlu, “To Baptisterion tes Hagias Sophias”, Ortodoksia, XVIII, İstanbul 1943, s. 127-135;
  • S. Larsen, “The Baptismal Font of S. Sophia, A Recent Interesting Discovery at Istanbul”, The Illustrated London News, 13.X.1945, s. 415 (aynı makalenin Türkçe tercümesi için bk. Bedi N. Şehsuvaroğlu, Ressam Ali Sami Boyar, İstanbul 1945, s. 151-155);
  • Feridun Dirimtekin, “Ayasofya Baptisteri”, Türk Arkeoloji Dergisi, XII/2, Ankara 1963, s. 54-64, 76-87;
  • Türbe olarak: Kâtib Çelebi, Fezleke, II, 211, 320;
  • Evliya Çelebi, Seyahatnâme, I, 354-356;
  • Naîmâ, Târih, III, 326, 395;
  • Silâhdar, Nusretnâme, s. 316-317;
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 7;
  • Sicill-i Osmânî, I, 63;
  • Halûk Şehsuvaroğlu, Asırlar Boyunca İstanbul, İstanbul, ts., s. 153;
  • Semavi Eyice, “Ayasofya Vaftizhanesi, Sultan I. Mustafa ve Sultan İbrahim’in Türbesi Olan Yapı”, Atatürk Konferansları VIII: 1975-76, Ankara 1983, s. 139-174.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.