Sultanəli xan Vəziri-Əfxəm
Sultanəli xan Vəziri-Əfxəm (1882-1914)—İranın baş naziri.
Sultanəli xan Vəziri-Əfxəm | |
---|---|
fars. سلطان علي خان وزير افخم | |
Baş nazir | |
1 fevral 1907 – 30 aprel 1907 | |
Əvvəlki | Mirzə Nəsrullah xan Müşirəddövlə |
Sonrakı | Mirzə Ələsgər xan Əminəssultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | siyasətçi |
Uşaqları | Oğlanları: Məhəmmədhəsən xan, Qızları: Münəvvərəddövlə xanım, Bədirəddövlə xanım |
Həyatı
Sultanəli xan Məhəmməd xan Salarülmülkün oğlu və Mirzə İbrahim xan Zəhirəddvölə Qacarın qız nəvəsi idi.O, Azərbaycanın vergi agenti (mustovfisi) idi. Sonra Xalxalın hakimi oldu və Şatıranlı və Şahsevən tayfalarının fitnə və fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər gördü.Nasirəddin şah Qacarın ölümündən sonra,hesablamalar naziri oldu və bir il sonrada Yəzdə başçılıq etdi.Eynəddövlə və Müşirəddövlə kabinetlərində daxili işlər naziri idi.Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra,baş nazir oldu.[1] O, tarixdən bəri "sədr əzəm" ləqəbinin yerinə, baş nazirə"riyasate vozəra"(nazirlərin rəisi) deyildi.Mirzə Sultanəli xan Vəziri-Əfxəm, nazirlərin rəisi olmaqdan başqa həmdə daxili işlər naziri vəzifəsini daşıyırdı.[2]
1907-ci ildə, nümayəndələr yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verdilər və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlandı[3][4]. Vəziri-Əfxəm işdən kənarlaşdırılmadan sonra,Məhəmmədəli şah Qacar əmri ilə dərbar (saray) naziri oldu.
Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat etdi.
Vəziri-Əfxəm böyük əmlak sahiblərindən idi və Zəncan və Kirmanda çoxlu əmlakı vardi.Onun törəmələrinin bəzisi "Əfxəmi" və bəzisi isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar.[5]
İstinadlar
- بامداد، مهدی؛ شرح حال رجال ایران، تهران، گلشن، چاپ سوم، 1362، ج2 ، ص 102
- کسروی، احمد؛تاریخ مشروطه ایران، تهران، آگاه، چاپ چهارم، 1378، ص 243 - 244
- هدایت، مهدی قلی؛ خاطرات و خطرات، زوار، تهران، چاپ دوم، 1344، ص 155.
- کسروی، احمد؛تاریخ مشروطه ایران، تهران، آگاه، چاپ چهارم، 1378، ص 267
- نوائی، عبدالحسین؛ دولتهای ایران از آغاز مشروطیت تا اولتیماتوم، تهران، بابک، چاپ اول، 1355، ص 12.
Xarici keçidlər
- Sultanəli xan Vəziri-Əfxəm Arxivləşdirilib 2010-02-04 at the Wayback Machine Baqirəlulum Tədqiqat İnstitutu